Tehran üçün kritik addım: 25 milyard dolların taleyi həll olunur
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın 25 milyard dollar məbləğində dondurulmuş aktivləri tam şəkildə sərbəst buraxılır.
Demokrat.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə İranın icraçı işlər üzrə vitse-prezidenti Məhəmməd Cəfər Qaim-Pənah IRNA agentliyinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, İran və ABŞ arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, Tehranın bloklanmış xarici aktivləri tamamilə sərbəst buraxılacaq, lakin bu proses mərhələli şəkildə həyata keçiriləcək.
Qaim-Pənah rəsmi Tehranın bu vəsaitlərin idarə olunması istiqamətində intensiv diplomatik addımlar atdığını vurğulayıb.
Vitse-prezident qeyd edib ki, Məhəmməd Baqer Qalibafın İranın danışıqlar qrupu ilə birlikdə Qətərə etdiyi rəsmi səfər məhz sözügedən aktivlərin gələcək taleyinin müəyyənləşdirilməsi və prosesin mexanizmlərinin dəqiqləşdirilməsi məqsədini daşıyıb.
İran rəsmisinin sözlərinə görə, dondurulmaqdan azad ediləcək vəsaitlərin ümumi həcmi təxminən 25 milyard dollar təşkil edəcək. O həmçinin xatırladıb ki, regionda müharibə təhlükəsinin aradan qaldırılması artıq əhali üzərindəki iqtisadi təzyiqi qismən azaltmağa imkan verib. Azad olunacaq vəsaitlər isə birbaşa ölkənin infrastruktur layihələrinin inkişafına yönəldiləcək.
İranın vitse-prezidenti sonda əlavə edib ki, nəqliyyat dəhlizlərinin, avtomobil yollarının və hava limanlarının inkişafı əhalinin rifahının yüksəlməsinə və insanların yaşam şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına ciddi töhfə verəcək.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Tehran danışıqlar üçün Vaşinqtondan ilk addım gözləyir
19 Noyabr 2025 14:43
AB Ukraynaya 25 milyard üçün hərəkətə keçdi
17 Oktyabr 2025 11:21
İran üçün kritik an: Tehran xəbərdarlıq etdi
21 Noyabr 2024 17:11
Rəsmi Tehran üçün fəlakət...
31 Avqust 2025 18:35
ABŞ İran görüşünün XÜLASƏSİ: Tehran üçün 300 milyard dollarlıq plan
22 İyun 2026 08:58
Baxış sayı:175
Bu xəbər 20 İyun 2026 21:55 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları