AB Ukraynaya 25 milyard üçün hərəkətə keçdi
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Birliyi Ukraynaya maliyyə dəstəyi üçün dondurulmuş Rusiya aktivlərindən istifadəni genişləndirməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
“Avropa Birliyi 140 milyard avro dəyərində dondurulmuş Rusiya dövlət aktivlərinin gəlirlərindən istifadə edərək Ukraynaya iri həcmli kredit ayırmaq üzrədir. Lakin Avropa Komissiyası əlavə vəsait axtarışındadır.
Əldə olunan sənədə görə, bu aktivlərin böyük hissəsi Belçikada yerləşən “Euroclear” maliyyə depozitarında saxlanılır. Lakin AB ərazisindəki özəl bank hesablarında əlavə 25 milyard avro dondurulmuş vəsait mövcuddur və Komissiya həmin vəsaitlərin də Kiyevə kredit üçün istifadə olunmasını müzakirə etmək istəyir.
Maliyyə nazirləri qanun layihəsini noyabrda keçiriləcək növbəti görüşlərində müzakirə edəcəklər”, - nəşr qeyd edib.
Baxış sayı:116
Bu xəbər 17 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















