Icma.az
close
up
RU
Tehran üçün yeni risk: Kürd partiyalarının həmrəyliyi etirazları dərinləşdirir ŞƏRH

Tehran üçün yeni risk: Kürd partiyalarının həmrəyliyi etirazları dərinləşdirir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Kürd partiyaları bəyanat yayaraq, İranda davam edən ümumxalq etiraz aksiyalarını dəstəkləyiblər. Bəyanatda İran rejiminə qarşı etirazların gücləndirilməsi və istiqamətləndirilməsi üçün partiyaların birgə və təsirli fəaliyyətinin zəruriliyi bildirilib.

Partiyalar İranın müxtəlif bölgələrində həyata keçirilən qanlı repressiyaları pisləyiblər, həmrəylik, birlik, eləcə də kürd partiyalarının əməkdaşlığı üçün yol xəritəsinin hazırlanması məqsədilə dialoqun davam etdirilməsinə çağırıblar. İranın Ali dini rəhbəri Əli Xameneinin birbaşa göstərişi ilə Kirmanşah, İlam, Məlikşahi və Lorestan bölgələrində etirazların qanlı şəkildə yatırılması qətiyyətlə pislənib. Bəyanat Kürdüstan Fəhlə Partiyası, İran Kürdüstan Demokrat Partiyası, İran Kommunist Partiyasının Kürdüstan təşkilatı, Kürdüstan Azadlıq Partiyası, Kürdüstan Azad Həyat Partiyası, İran Kürdüstan Partiyası və Kürdüstan Xabat Partiyasının adından verilib.

Politoloq Oqtay Qasımov “Sherg.az”a bildirib ki, İranın müxtəlif bölgələrində baş verən etiraz aksiyalarını dəstəkləyən kürd partiyalarının birgə bəyanatı, həm regional təhlükəsizlik, həm də etnik siyasət baxımından bir sıra mühüm nəticələrə və potensial gərginliklərə yol aça bilər. Onun sözlərinə görə, kürd partiyalarının İranda davam edən ümumxalq etiraz aksiyalarına dəstək bəyanatı regionun siyasi dinamikasında diqqət çəkən hadisə kimi qiymətləndirilir:

“Bu bəyanat İran daxilində etnik və siyasi faktorları ön plana çıxarır. Kürd partiyalarının birgə fəaliyyəti, uzun müddətdir ki, Tehranın etnik azlıqlara qarşı sərt siyasətinə qarşı strukturlaşmış müqavimət nümunəsi kimi qiymətləndirilə bilər. Bu, İranda yaşayan kürd əhalisinin həmrəyliyini gücləndirə bilər, lakin eyni zamanda Tehran üçün təhlükəsizlik riski yaradır, çünki mərkəzi hakimiyyətin regionlarda nəzarəti zəifləyə bilər. 1979-cu il İslam inqilabından sonra kürd hərəkatlarının fəaliyyətinin məhdudlaşdırılması bu bölgələrdə vaxtaşırı gərginliklərə səbəb olub. Son illərdə sosial-iqtisadi problemlər, işsizlik və regional inkişaf fərqləri mövcud narazılığı daha da dərinləşdirib. Kürd partiyalarının birgə bəyanatı və həmrəylik çağırışı müxalif qüvvələr arasında koordinasiyanın gücləndiyini göstərir və etirazların yalnız etnik xarakter daşımadığını ortaya qoyur. Kürd bölgələrində etirazların intensivləşməsi əlavə hərbi-inzibati resursların yönləndirilməsini tələb edir. Odur ki, Tehran üçün əsas çağırış bundan sonra bu etiraz dalğasının miqyasını və xarici təsirlərini nəzarətdə saxlamaqdır. Əks halda, İrandakı etnik və siyasi parçalanmalar daha da dərinləşə bilər, bu isə uzun müddətli sabitlik və təhlükəsizlik üçün risk daşıyır”.

Aksiyaların 2022-ci ildəki etirazlardan daha geniş sosial təbəqəni əhatə etdiyini xatırladan politoloq qeyd edib ki, yoxsul təbəqə ilə yanaşı, etirazlara orta sinifin təmsilçiləri də qatılıblar:

"Etirazlara qoşulan, dəstək verənlər arasında gənclər, tələbələr və digər sosial qrupda olan vətəndaşlar çoxdur. Etirazların əsas səbəbi kimi sosial-iqtisadi vəziyyət və rialın cidi şəkildə dəyər itirməsi, ərzaq və digər tələbat mallarının kəskin bahalaşması göstərilir. Lakin sadalanan məqamlar yeganə səbəb deyil. İranda etirazların bir neçə səbəbi var. Əsas səbəb İrandakı rejimin mahiyyətidir. Bu, həm də korrupsiyaya, təkəlçiliyə əsaslanmış bir sistemdir. İnsan haqlarını, etnik-milli hüquqları pozan bir sistemdir. Ötən əsrin 80-ci illərindən başlamış sanksiyalar İran iqtisadiyyatına, sosial həyatına çox ciddi mənfi təsir göstərib. Xüsusən, ötən il baş vermiş qısamüddətli İran-İsrail savaşının nəticələri də ölkədə etirazların yaranma səbəblərindən biridir”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri