Icma.az
close
up
RU
Bakı Tehran: İrəvan üçün yeni reallıqlar

Bakı Tehran: İrəvan üçün yeni reallıqlar

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanla İranın yaxınlaşması Ermənistanı niyə narahat edir?

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana rəsmi səfəri Ermənistanda, yumşaq desək, qısqanclıq doğurub. Doğrudur, ölkənin rəsmi şəxsləri, dövlət məmurları bu barədə hər hansı fikir səsləndirməyiblər. Zatən, səsləndirə də bilməzlər. Çünki, bu, Azərbaycanın və İranın daxili işlərinə qarışmaq olardı. Buna isə nəinki Ermənistanın, heç bir dövlətin ixtiyarı yoxdur.

Hayastanın media orqanları, siyasətçiləri və politoloqları isə səfərdən narazı qaldıqlarını gizlətmirlər. Görünür, haylar arxayın imişlər ki, Azərbaycan–İran münasibətləri daim pis vəziyyətdə qalacaq. Buna görə də M.Pezeşkianın Bakıya gəlişi, rəsmi qarşılanma mərasimi, prezidentlərin əvvəlcə məhdud, sonra isə geniş tərkibdə görüşü, dövlət başçılarının iştirakı ilə iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi, birgə bəyanat da daxil olmaqla, ümumilikdə, 6 sənədin imzalanması, Azərbaycan–İran biznes forumunun keçirilməsi erməniləri bərk pərişan edib. Onları narahat edən digər məsələ isə İran Prezidentinin azərbaycanlı olması, eləcə də dövlət başçılarının bir-birinə “əziz qardaşım” deyə müraciət etmələridir.

Bu istiqamətdə “ArmenianReport” saytında yerləşdirilmiş “Çox böyük problem: nə etməli?” sərlövhəli məqalə diqqəti cəlb edir. Bəri başdan bildirək ki, məqalə, bütövlükdə, Ermənistan cəmiyyətinin narahatlığının ifadəsidir. Müəllif Qalust Qriqoryan yazır: “Yaxşı, nə edəcəyik, necə reaksiya verəcəyik? Təkcə Prezident Pezeşkianın Azərbaycana səfəri faktı ilə bağlı yox, həm də onun Bakıda söylədiyi hər şeylə bağlı. Cənab Pezeşkian Bakıda azərbaycanlı həmkarı ilə görüşdə “Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq” sözündən başlayaraq yumşaq desək, çoxlu lazımsız (?) sözlər dedi. Bəs İran İslam Respublikası Prezidentinin Qarabağ adlandırdığı “Artsax” sakinlərinin hüquqları necə? Təkcə “Artsax”ın deyil, həm də Ermənistan ərazilərinin bir hissəsinin “işğalı” ilə (?) nə etmək lazımdır? Azərbaycanın “Artsax”da, Bakıda, Sumqayıtda “etnik təmizləmə”yə görə məsuliyyəti necədir? Xeyr, Məsud Pezeşkian bu barədə heç nə demədi. Təkcə ona görə yox ki, o azərbaycanlıdır. Biz, sadəcə olaraq, rəsmi Tehranın mövqeyinin dəyişməsini müşahidə edirik.

Tehranda Bakı ilə əlaqələrin qurulmasını sürətləndirməkdə o qədər qətiyyətlidirlər ki, onlar Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayışla bağlı İranda matəm elan olunmasına baxmayaraq, Azərbaycana gəldilər. Bundan başqa, səfərə bir gün qalmış operativ şəkildə bildirildi ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən İran vətəndaşı Yasin Hüseynzadə ilə bağlı edam hökmünün icrasına dair ölkənin məhkəmə sistemində bütün hazırlıq işləri başa çatıb”.

M.Pezeşkianın Bakıda olarkən söylədiyi “Çox vaxt keçməyəcək ki, dostumla yenidən görüşəcəyik. Çalışacağam ki, Azərbaycanda növbəti dəfə daha çox qalım və burada olanda heç zaman özümüzü yad ölkədəki kimi hiss etmirəm. Elə bil ki, Təbrizdəyəm, Ərdəbildəyəm. Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycanındayıq. Çox şadam ki, Sizinlə bir yerdəyəm” sözləri hayları lap özlərindən çıxarıb. Onlar əsəblərini soyutmaq üçün bir stəkan sərin su içmək əvəzinə kompüter arxasına keçərək isterik şəkildə klaviaturanı döyəcləyirlər. Nəticədə “ArmenianReport”dakı kimi məqalələr meydana çıxır.

Qeyd edilib ki, Azərbaycanla dialoq qurmaq üçün hər şeyi etməyə dəyər: “Bu da təbii ki, Ermənistanın İran üçün əhəmiyyətinin azalması kimi şərh edilə bilər. Bunu istədiyiniz qədər inkar edə bilərsiniz, amma Ermənistanın əhəmiyyətini azalması reallıqdır. Buna əmin olmaq üçün mayın 8-də Azərbaycana dövlət səfəri edəcək İsrailin baş naziri Benyamin Netanyahunun ayın 11-nə kimi orada qalacağı xəbərini oxumaq kifayətdir. Səfər zamanı Netanyahunu həyat yoldaşı Sara müşayiət edəcək. “Kan” (İsrailin teleradio yayım korporasiyası–S.H.) xəbər verir ki, səfər zamanı Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək”.

Haylar İranın nüvə proqramı ilə bağlı son vaxtlar yaşanan gərginliyin azaldılmasında Azərbaycanın mühüm rol oynaya biləcəyindən də qıcıqlanıblar. Bunu məqalədə əksini tapan fikirlərdən də görmək mümkündür: “Netanyahu ilə aparılacaq müzakirələrdə İran məsələsinin mühüm yer tutacağı aydındır. Bəli, Azərbaycan, hansı tərəfdən baxsan, bu münaqişədə də vasitəçi rolunu oynaya bilər. Bu vasitəçiliyin uğurlu olub-olmayacağı başqa məsələdir, amma istənilən halda rəsmi Bakı bir xal qazanmış olacaq. Ermənistan isə təəssüf ki, belə bir rol oynaya bilmədi. Əlbəttə, ilk növbədə ona görə ki, İsraildə ölkəmizi bu statusda görmürlər. Bakıda İsraillə Türkiyəni də barışdırmağa çalışırlar”.

“Aravot” qəzeti isə 30 aprel tarixli sayında yazır: “İranın Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığı Ermənistanın milli təhlükəsizliyinə təhdid yarada (?) bilər. Tehran indiyədək Zəngəzur dəhlizinə qarşı idi. Lakin indi Azərbaycanla yeni infrastruktur layihələrində iştirak etməsi bu mövqenin dəyişdiyini göstərə bilər”.

“Lragir.am” saytının şərhində bildirilir: “Azərbaycanla İranın Araz çayı üzərindəki layihələrdə iştirakı bölgədə İranın maraqlarının dəyişdiyinə işarə edir. Ermənistan üçün vacib olan İran–Ermənistan əlaqələrinin prioritetliyini qorumaqdır. Yoxsa, İran da Azərbaycan–Türkiyə xəttinə meyillənə bilər”.

Siyasi analitik Tiqran Qriqoryan “CivilNet”ə açıqlamasında deyib: “İran balanslı mövqe nümayiş etdirməyə çalışır, lakin reallıqda Azərbaycanla əməkdaşlıq xətti güclənir. Bu isə Ermənistan üçün diplomatik çağırışdır. Xüsusilə Tehran–Bakı–Ankara üçbucağının mümkünləşməsi İrəvanda narahatlıq doğurur”.

Beynəlxalq münasibətlər üzrə ekspert Benyamin Poqosyan isə fikirlərini bu şəkildə ifadə edib: “İranın siyasəti praqmatikdir. O, bölgədə nüfuz uğrunda yarışda Ermənistandan çox Azərbaycanın imkanlarını qiymətləndirir. Ermənistan bu reallığa uyğun şəkildə diplomatiyasını yenidən qurmalıdır”.

Göründüyü kimi, İran Prezidentinin Azərbaycana rəsmi səfəri Ermənistan ictimaiyyəti və mediasında geniş müzakirələrə səbəb olub. Hayastan mediasında və siyasi dairələrdə İranın Azərbaycanla yaxınlaşmasından narahatlıq hiss olunur. Xüsusilə, İranın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çıxışları Ermənistanda birmənalı qarşılanmır.

Bu istiqamətdə fikirlərini öyrənmək üçün müraciət etdiyimiz Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, İran Prezidentinin səfəri Ermənistanda həm iqtidar, həm də müxalifət tərəfindən diqqətlə izlənildi. Onun sözlərinə görə, biz bu səfərlə bağlı İrəvandan narahatlıqları müşahidə etməkdəyik: “Ermənilər xüsusilə Pezeşkian amilinə diqqəti yönəldirlər. Səfər zamanı verilən səmimi qardaşlıq mesajları, dövlət başçılarının mehribanlıqla görüşməsi, əldə olunmuş razılaşmalar, əlbəttə, ermənilər tərəfindən həssaslıqla izlənilirdi. Çünki Ermənistanın quru yolla xaricə çıxışını məhz Gürcüstan və İran təmin edir. Gürcüstan öz ərazisindən yalnız yüklərin daşınması üçün tranzit keçidinə icazə verirdi və 2020-ci ilədək Tbilisi ilə İrəvan arasında siyasi baxımdan ciddi fikir ayrılıqları var idi. İranla isə əksinə, yəni həm iqtisadi-logistika, həm də siyasi mənada böyük işbirliyindən söhbət gedirdi. Bu vəziyyət 2020-ci ildən sonra da dəyişmədi. Belə olan təqdirdə Ermənistanda xüsusilə millətçi kəsim, revanşist qüvvələr və dünyadakı erməni diasporu üçün İrəvan–Tehran münasibətlərindəki sabitlik xəttinin davam etdirilməsi vacibdir. Aprelin 28-də Bakıdakı mənzərə isə onlarda narahatlığa səbəb oldu”.

Müsahibimiz qeyd etdi ki, Azərbaycan–İran münasibətləri Cənubi Qafqazda sabitləşdirici faktorlardan birini oynaya bilər. Məlum məsələdir ki, Azərbaycanla Türkiyə, Gürcüstan və Rusiya arasında bu və digər məsələlərlə bağlı razılaşmalar var. Ancaq İranla 2020-ci ildən sonra siyasi mövzularla bağlı razılaşmalar və ümumi fikir birliyi məsələsində suallar doğuran məqamlar heç də az deyildi. Bu məqamlara ümumiyyətlə, Cənubi Qafqazın gələcəyi, Azərbaycan və Ermənistan arasında sülhün necə olacağı, Zəngəzur dəhlizinin aqibəti və digər məsələlər daxil idi. Hətta iş o yerə çatmışdı ki, Zəngəzur bölgəsinin gələcəyi ilə bağlı bizim xoşumuza gəlməyən bəyanatlar verilirdi.

Politoloq bildirdi ki, əlbəttə, bütün bu istiqamətlərdə bundan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir, amma İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin dəyişməz olaraq qalacağını əminliklə söyləmək mümkündür: “Ancaq siyasi ritorikada, bəyanatlarda öz-özlüyündə edilən dəyişikliklər, İranın ən azı prezident səviyyəsində mülayimləşmə xəttini seçməsi, əlbəttə, iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafı üçün yeni perspektivlər açır”.

Z.Məmmədov dedi ki, hər bir halda Pezeşkianın səfəri dünya mediası tərəfindən də diqqətlə izlənildi və ümumi nəticə olaraq biz yəqin ki, liderlər arasında razılaşdırılmış yol xəritəsi əsasında yaxın vaxtlarda Bakı və Tehranın əməkdaşlıq istiqamətində əməli addımlar atacaqlarına şahidlik edəcəyik. Yəqin ki, bundan sonra digər rəsmi şəxslərin səfərləri də intensivləşəcək: “Ümumiyyətlə, hər kəsə məlumdur ki, Azərbaycan bu gün vacib dövlətdir. Bu və digər istiqamətlərdən ölkəmizlə münasibətlərin inkişafına böyük diqqət yetirilir. Tezliklə İsrail Baş nazirinin Bakıya edəcəyi dördgünlük səfər, Rusiyadan, Türkiyədən, Avropadan və ABŞ-dan ölkəmizə reallaşan səfərlər göstərir ki, dəyişən dünyada, beynəlxalq münasibətlərin yeni mərhələsinə start verildiyi dövrdə Azərbaycana maraq və diqqət artıb. Təbii ki, Azərbaycanı digər ölkələrdən fərqləndirən ən əsas üstünlüyümüz siyasi xəttə ardıcıllıq, sabit yanaşma və verdiyi sözə əməl etmək bacarığıdır. Əlbəttə, tərəfdaşlarımız da, bədxahlarımız da bunu çox yaxşı bilirlər. Ona görə də hər bir tərəf Cənubi Qafqazda məhz Azərbaycan vasitəsilə, ölkəmizin iştirakı ilə bu və digər layihəni həyata keçirməyə çalışır”.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see256

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see164

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see143

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see142

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see135

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see131

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri