Tehran vurulur, Hörmüz boğazı ətrafında böhran dərinləşir
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ və İsrailin İrana zərbələri davam edir. Donald Tramp bildirib ki, münaqişə başlayandan 7000-dən çox hədəf vurulub. İsrail ordusu Tehran, Şiraz və Təbriz şəhərlərinə hava zərbələri endirdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, İran XİN rəhbəri Abbas Araqçi isə hücumlar nəticəsində yüzlərlə mülki şəxsin, o cümlədən uşaqların həlak olduğunu bildirib.
Eyni zamanda İranın yeni ali lideri Müctəba Xamenei ilə bağlı qeyri-müəyyənlik qalır - onun taleyi barədə ziddiyyətli məlumatlar yayılır.
İran Hörmüz boğazı ilə bağlı şərtlər irəli sürüb: sanksiyaların ləğvi, ABŞ bazalarının çıxarılması və iqtisadi məhdudiyyətlərin aradan qaldırılması. Lakin ABŞ-ın müttəfiqləri Trampın boğazın qorunması üçün hərbi iştirak çağırışını tam dəstəkləməyib.
Ekspertlər xəbərdarlıq edir ki, münaqişə uzana və ən azı payıza qədər davam edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 17 Mart 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















