Hörmüz boğazı ilə bağlı böhran dərinləşir
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ ordusu ötən ay Hörmüz boğazından keçən 100-dən çox ticarət gəmisinin hərəkətinin koordinasiyasına kömək edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ ilə İran arasında uzlaşma danışıqlarının dalana dirənməsi səbəbindən bu strateji su yolu gəmilər üçün hələ də təhlükəli olaraq qalır.
Bundan əvvəl “The New York Times” ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) 70 gəminin Hörmüz boğazından keçidinə dəstək verdiyini bildirmişdi.
Həmin gəmilərin əksəriyyətinin transponderlərini söndürdüyü qeyd olunurdu.Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində Tehran da daxil olmaqla İranın bir sıra böyük şəhərlərinə zərbələr endirilib.
Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki hədəflərə qarşı cavab əməliyyatı həyata keçirdiyini açıqlayıb.
Həmçinin Bəhreyn, İraq, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi bazalarının da hədəfə alındığı bildirilib.
Tehran isə ABŞ, İsrail və İrana qarşı əməliyyatları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazından keçidi bağlamaq qərarı qəbul edib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 06 İyun 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















