Icma.az
close
up
RU
Tehranda həyəcan təbili: İran İsrail qarşıdurması kritik mərhələyə keçir

Tehranda həyəcan təbili: İran İsrail qarşıdurması kritik mərhələyə keçir

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir neçə gün öncə İran Kəşfiyyat Nazirinin bəyanatı böyük əks-səda doğurdu. Xarici düşmənlərin, İranın Dini Lideri Ayətullah Seyid Əli Xamneyiyə qarşı sui-qəsd və ya hücum hazırlığında olduğu bildirildi. Bunu İranın Kəşfiyyat Naziri Seyid İsmayıl Xətib deyib.  Xətib həmçinin, onların məqsədinin İranda qeyri-sabit vəziyyət yaratmaq olduğunu qeyd edib.

Bu təşəbbüsün arxasında hansı ölkələr dura bilər? 12 günlük müharibə  zamanı belə bir addım atılmadığı halda, aylar sonra bu sui-qəsdi kim həyata keçirə bilər?

Beynəlxalq münasibətlər üzrə ekspert, iranlı analitik Farşid Bağerian Moderator.az-a  bu təşəbbüsün arxasında hansı ölkələrin duracağı, sui-qəsdin vaxtı və kəşfiyyat müharibəsi barədə açıqlama verib.

O qeyd edib ki, 12 iyun İran-İsrail qarşıdurması zamanı 20-dən çox general İsrail tərəfindən sui-qəsdə məruz qaldı:

 “Bu cür əməliyyatlar Livan və Qəzzada da həyata keçirildi. İsrail tərəfi bəzilərini öz üzərinə götürsə də, çoxu barədə susqunluq nümayiş etdirdi. 

Hizbullaha qarşı edilən “peycer hücumu” kimi əməliyyatların tamamilə İsrail layihəsi olduğu inandırıcı deyil. Amerika texnologiya şirkətlərinin (məsələn, Palantir) təmin etdiyi “Big Data” İsrailə ötürülərək, kəşfiyyat və sui-qəsd əməliyyatlarında istifadə olunur”.

Ekspert sui-qəsd planlarının İranın dini liderinin təhlükəsizliyini gündəmə gətirdiyini bildirib:

”Donald Trampın "Ayətullah Əli Xamneyi  sui-qəsdə məruz qalacaqdı, mən buna mane oldum" iddiası da bu narahatlıqları artırır. Ümumiyyətlə, bütün ölkələrdə Azərbaycan, Türkiyə, ABŞ, İran liderlərinin qaldığı yerlər ən yüksək səviyyədə gizli saxlanılır. Əgər İsrail dini liderin təhlükəsizliyini təmin edən komandanlığa hansısa şəkildə nüfuz etmiş olsaydı, bəlkə də istəklərini həyata keçirmək mümkün olardı. Amman bunun real olduğunu düşünmürəm. Çünki bu səviyyədə bir nüfuz olsaydı belə, artıq çoxdan ifşa edilər və tamamilə zərərsizləşdirilərdi. Dolayısıyla bundan sonra dini liderə qarşı sui-qəsd ehtimalı İsrailin planı ola bilər”.

Farşid Bağerian mövcud vəziyyəti "Kəşfiyyat Müharibəsi" kimi xarakterizə edir:

Beşinci nəsil müharibənin bir tərəfi media, bir tərəfi kəşfiyyat savaşı, digər tərəfləri isə hibrid yönümlü müxtəlif təsir vasitələridir. Əgər nazir bu mövzuda açıqlama veribsə, nəzərə almaq lazımdır ki, dünyada “Kəşfiyyat Nazirliyi” statusu olan yeganə ölkə İrandır. Bir çox dövlətlərin xüsusi xidmət qurumları olsa da, naziri olan struktur yalnız İranda mövcuddur. Bundan əlavə, İranda da Amerikanın nümunəsində olduğu kimi bir neçə kəşfiyyat qurumu fəaliyyət göstərir. Rəqəmlər ABŞ-dakı kimi olmasa da, say çoxdur. Dini liderin mühafizə sistemi ayrıca quruluşdur və onu Kəşfiyyat Nazirliyi idarə etmir. Nazir isə özünün topladığı məlumatlar əsasında bu fikirləri səsləndirib ki, bu da reallığa uyğundur. Çünki İran və İsrail arasında kəşfiyyat savaşı həqiqətən də davam edir. Bu qarşıdurmanın məqsədi bölgədə mövcud nizamı dəyişmək və mümkünsə dini lideri hədəfə almaqdır. Bu, onların arzusudur, lakin hazırda bunun həyata keçməsi real görünmür. Ayətullah Seyid Əli Xamneyinin sui qəsdə qarşı qabaqlayıcı tədbirlər gördüyünü də  qeyd etmək lazımdır. 12 günlük müharibə zamanı onun yerinə keçəcək şəxslərin adları açıqlanmasa da, bununla bağlı xüsusi bir şura müəyyənləşdirildi. Yəni liderə hər hansı bir hadisə baş versə belə, İran idarəsiz qalmayacaq. Bu da əslində qarşı tərəfə verilmiş strateji cavabdır. İran da İsrailə qarşı kəşfiyyat fəaliyyəti aparır. Tərəflərin planları qarşı tərəfin xüsusi xidmət orqanları tərəfindən aşkarlanır. Hazırda İran ilə İsrail arasında kəşfiyyat savaşı davam edir”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri