Tehranda isti havaya görə birgünlük tətil elan olundu
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın paytaxtı Tehranda isti hava şəraiti ilə bağlı birgünlük tətil elan olunub.
“Qafqazinfo” “IRAN Daily” qəzetinə istinadən xəbər verir ki, Tehranda və onun ətrafında hökumət idarələri, banklar və müəssisələr çərşənbə günü həddindən artıq istilər və enerjiyə qənaət məqsədilə bağlı olacaq.
Havanın temperaturu 40 dərəcəni keçdiyi üçün hökumət vətəndaşlara iyulun 23-ü günün ən isti saatlarında evdə qalmağı tövsiyə edib.
Hökumət sözçüsü Fatimə Mühacirani bazar ertəsi xalqı elektrik və su istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb.
Xatırladaq ki, İranda 2024-cü ilin iyul ayında həddindən artıq istilərə görə birgünlük, 2023-cü ildə isə ikigünlük tətil elan edilmişdi.
Baxış sayı:125
Bu xəbər 22 İyul 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















