Tehranda üç günlük tətil elan ediləcək
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Tehranda İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasiminə görə 3 günlük tətil elan olunacaq.
“Tasnim”in xəbərinə görə, bunu Xameneinin vida və dəfn mərasimi ilə bağlı qurumun rəhbəri Sərdar Həsənzadə deyib.
Onun sözlərinə görə, Xamenei ilə vida mərasimi və cənazə namazı 4-5 iyul tarixlərində Tehranın Mosalla kompleksində təşkil olunacaq, 6 iyulda isə cənazə Quma yola salınacaq.
Bu üç gün ərzində Tehranda tətil elan ediləcək.
Qeyd edək ki, Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 23 İyun 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















