Tehranda Xameneiyə anım mərasimi KEÇİRİLİR
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın müxtəlif bölgələrindən minlərlə insan cümə axşamı paytaxt Tehranda toplaşaraq İslam İnqilabının banisi Ayətullah Ruhullah Xameneinin vəfatının 37-ci ildönümünü qeyd edib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, mərasim Tehranın cənubunda yerləşən İmam Xomeyni məqbərəsində keçirilib. Ölkənin müxtəlif şəhər və kəndlərindən gələn iştirakçılar arasında bəzilərinin paytaxta piyada gəldiyi bildirilib.
Tədbir çərçivəsində İranın Məhkəmə Sisteminin rəhbəri Qulam-Hüseyn Mohseni Ejei və Baş prokuror Məhəmməd Cəfər Montazeri də daxil olmaqla bir sıra yüksək vəzifəli rəsmilər də iştirak ediblər.
Mərasimdə həmçinin İslam İnqilabının hazırkı lideri Ayətullah Seyid Müctəba Xameneinin müraciətinin oxunacağı bildirilib.
Qeyd olunub ki, İmam Xomeyninin vəfatının ildönümü hər il geniş kütləni bir araya gətirərək ölkədə birliyə çağırış kimi qiymətləndirilir. Bu il isə müharibə şəraiti səbəbindən xarici səfirlərin və digər qonaqların tədbirdə iştirak etmədiyi bildirilib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 04 İyun 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















