Icma.az
close
up
RU
“Tehranı boşaltmaq məcburiyyətində qalacağıq” Pezeşkiandan kritik mesaj

“Tehranı boşaltmaq məcburiyyətində qalacağıq” Pezeşkiandan kritik mesaj

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran Prezidenti Məsud Pezeşkian ölkənin qərbində yerləşən Sənəndəc şəhərinə səfəri zamanı çıxış edərək, İranın iqtisadi və sosial problemlərindən danışıb. O vurğulayıb ki, yüksək qiymətlər və inflyasiya həm daxildə aparılan yanlış siyasətlərin, həm də sanksiyaların nəticəsidir. 

“İnflyasiya parlamentin və hökumətin səhvidir. Layihələr var, lakin maliyyə imkanları məhdud olduğu üçün onlar yarımçıq qalır”, – deyə prezident qeyd edib.

Pezeşkian xəbərdarlıq edib ki, paytaxt Tehran ciddi su qıtlığı ilə qarşı-qarşıyadır və yaxın həftələrdə yağışların başlamaması halında şəhərdə suyun verilməsinə məhdudiyyətlər tətbiq olunacaq. Prezidentin sözlərinə görə, bu tədbirlər də nəticə verməzsə, Tehranın məcburi şəkildə boşaldılması planı işə salına bilər.

“Əgər yağış yağmasa, gələn aydan etibarən Tehranda suya məhdudiyyət qoyulacaq. Bundan sonra da yağış olmazsa, su ehtiyatımız qurtaracaq və şəhəri boşaltmaq məcburiyyətində qalacağıq”, -deyə o qeyd edib. 

Qeyd edək ki, Tehranın su təminatı əsasən beş su anbarından — Əmir Kəbir, Lar, Məmlu, Talikan və Latyan barajlarından asılıdır. Lakin son beş ildə ölkə üzrə yağıntıların miqdarı kəskin azalıb. Meteoroloji xidmətin məlumatına görə, bu il Tehranda yağıntılar mövsüm normalarından təxminən 40 faiz az olub. Xüsusilə yaz və yay aylarında yağışsız keçən dövr barajlardakı su ehtiyatlarını minimuma endirib.

Mütəxəssislər bildirirlər ki, vəziyyət təkcə səthi sulara deyil, yeraltı su qatlarına da mənfi təsir göstərib və bu, paytaxtda sosial-iqtisadi böhran riskini artırır.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri