Yağış yağmasa Tehranı tərk etmək məcburiyyətində qalacağıq Məsud Pezeşkian
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yağış yağmasa, suyumuz tükənəcək və Tehranı tərk etmək məcburiyyətində qalacağıq.
Sitat.info xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian İranda quraqlığın yaratdığı su böhranı ilə bağlı açıqlama verib.
"İran hazırda yağış və su ehtiyatlarının yetərsiz olması kimi təbii böhranlarla üzləşir və bu böhranlar ciddi nəticələrə səbəb ola bilər. Yağış yağmasa, gələn aydan etibarən Tehranda su məhdudiyyətləri tətbiq etməli olacağıq".
Qeyd edək ki, son beş ildə İranda yağıntılar əhəmiyyətli dərəcədə azalıb. Tehran Su İdarəsinin baş direktoru Behzad Parsa 3 noyabrda verdiyi açıqlamada bəndin su anbarlarının Tehranı yalnız maksimum iki həftə su ilə təmin edə biləcəyi barədə xəbərdarlıq edib.
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Noyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















