Icma.az
close
up
RU
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı

Tehranın Azərbaycanla sərhəddən yeni mesajı

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran üçün ölkəmizlə sərhəd daha "gərginlik zonası" deyil, əksinə, sabit və idarəolunan tranzit xətti kimi qəbul olunur

İran ABŞ və İsraillə hərbi əməliyyatlar fonunda Azərbaycanla sərhəddə heç bir gərginlik olmamasından məmnunluq duyur. Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini, həmçinin Gömrük Administrasiyasının rəhbəri Forud Əsgəri Biləsuvar sərhəd gömrük məntəqəsinin fəaliyyəti ilə tanış olduqdan sonra bildirib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasındakı sərhəddə qarşılıqlı fəaliyyət yüksək səviyyədə qalır. Hərbi əməliyyatlar dövründə sərhəd-keçid məntəqələrində heç bir problem qeydə alınmayıb. Əsgəri qeyd edib ki, Biləsuvar sərhəd-keçid məntəqəsində ixrac, idxal və tranzit əməliyyatlarının həcminin artırılması planlaşdırılır. Gözlənilir ki, bu addımlar Ərdəbil-Biləsuvar azad ticarət zonasını ölkənin ən fəal zonalarından birinə çevirəcək.

ABŞ və İsraillə İran arasında davam edən gərginliklərin fonunda regionun müxtəlif nöqtələrində risklərin artdığı müşahidə olunur. Lakin İran tərəfi Azərbaycanla sərhəddə hər hansı insidentin baş vermədiyini xüsusi vurğulayır. Bu, təkcə texniki idarəetmə uğuru kimi deyil, həm də tərəflər arasında praqmatik və işlək kommunikasiya xəttinin mövcudluğu kimi qiymətləndirilə bilər.

Analitik baxımdan bu vəziyyət göstərir ki, İran üçün Azərbaycan sərhədi “gərginlik zonası” deyil, əksinə, sabit və idarəolunan tranzit xətti kimi qəbul olunur.

Ümumilikdə, Biləsuvar sərhəd məntəqəsi ətrafında aparılan siyasət yalnız iqtisadi modernizasiya layihəsi kimi yox, həm də İranın regionda sabitlik və əməkdaşlıq mesajı kimi oxuna bilər. Əsgərinin açıqlamalarında diqqət çəkən digər məqam Biləsuvarın Mərkəzi Asiya ilə ticarət axınlarında potensial roludur. Bu, İranın sərhəd strategiyasını yalnız ikitərəfli (İran-Azərbaycan) çərçivədə deyil, daha geniş regional logistika şəbəkəsi kontekstində düşündüyünü göstərir.

Ərdəbil-Biləsuvar azad ticarət zonasının aktivləşdirilməsi planı da bu yanaşmanı gücləndirir. Belə zonalar adətən həm ticarət dövriyyəsini artırmaq, həm də regional iqtisadi asılılıqları dərinləşdirmək üçün istifadə olunur.

“Yaxın Şərqdə gərginliyin artması, xüsusilə İranla ABŞ-İsrail xətti arasında hərbi qarşıdurmanın müharibəyə çevrilə bilməsi ehtimalını gücləndirən proseslər regionu getdikcə daha həssas və riskli mərhələyə sürükləyir. Belə bir mürəkkəb geosiyasi fon şəraitində region dövlətlərinin davranış modeli və prioritetləri xüsusi diqqət mərkəzinə çevrilir. Məhz bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan uzun illərdir həm regional, həm də qlobal səviyyədə sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmiş ardıcıl siyasət yürüdür”.

Vüqar İskəndərov

Bu sözləri “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O bildirib ki, rəsmi Bakı prinsipial mövqeyinə sadiq qalaraq öz ərazisinin üçüncü tərəflərə qarşı istifadə olunmasına heç vaxt şərait yaratmayıb və bu xətt dəyişməz olaraq qalır: “Baş verən son hadisələr göstərir ki, bu yanaşma sadəcə siyasi bəyanat deyil, praktik siyasətin əsas elementidir. Diqqətçəkən məqamlardan biri də odur ki, İran tərəfi artıq bu reallığı açıq şəkildə qəbul edir. İranın sənaye, mədən və ticarət nazirinin müavini, eyni zamanda Gömrük Administrasiyasının rəhbəri Forud Əsgərinin Azərbaycanla sərhəddə sabitliyin qorunduğunu və heç bir insidentin qeydə alınmadığını vurğulaması bunun aydın göstəricisidir”.

V.İskəndərovun sözlərinə görə, burada əsas məsələ İranın Azərbaycan istiqamətinə yanaşmasında özünü göstərir: “Tehran bu xətti risk zonası kimi deyil, daha çox etibarlı və funksional tranzit marşrutu kimi dəyərləndirir. Bu isə faktiki olaraq regionda iqtisadi və logistika baxımından alternativlərin qorunmasına xidmət edir. Eyni zamanda belə bir yanaşma İranın mövcud geosiyasi təzyiqlər fonunda iqtisadi əlaqələri tam itirməmək niyyətindən xəbər verir”.

 “Ümumilikdə, ortaya çıxan mənzərə onu göstərir ki, burada söhbət yalnız texniki koordinasiyadan getmir. Əksinə, qarşılıqlı maraqlara əsaslanan və praqmatik hesablamalar üzərində qurulan münasibət modeli formalaşır. Bu model sübut edir ki, hətta genişmiqyaslı gərginlik fonunda belə, müəyyən istiqamətlər üzrə rasional əməkdaşlıq qorunub saxlanıla və daha da inkişaf etdirilə bilər” - deyə o vurğulayıb.

Niyaməddin Orduxanlı

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycan daim cənub qonşusu ilə yaxın əlaqələr qurmaqda maraqlı olub: “Çox yaxşı haldır. Çünki artıq İran rəsmiləri başa düşməyə başlayıblar ki, İran-Azərbaycan sərhədində heç bir gərginlik yoxdur və Azərbaycandan İrana hər hansı bir təhlükə ola bilməz. 60 gündən artıqdır ki, İran-ABŞ və İsrail hərbi əməliyyatları baş verib. Azərbaycan ilk gündən bəyan etdi ki, biz İrana hərbi müdaxiləyə, raketlərlə vurulmasına hava xəttimizdən istifadə olunmasına və baş vermiş münaqişəyə hər hansı bir dəstək verməyəcəyik. Azərbaycan hər zaman İranla ikitərəfli, normal, qarşılıqlı səmimi əlaqələrin inkişaf etdirilməsində maraqlı olub. Hər zaman mədəni, dostluq, iqtisadi, siyasi, diplomatik əlaqələrin möhkəmlənməsində maraqlı olmuşuq. İranın ərazi bütövlüyünü tanımışıq. Eyni dinin daşıyıcılarıyıq. Tarixi əlaqələrimiz mövcuddur. 40 milyondan artıq Azərbaycan türkü İran vətəndaşıdır. Bütün bunlar çox mühüm amillərdir. Bu gün Azərbaycanla münasibətlərinin normal və yaxşı olmasına daha çox İranın ehtiyacı var. Müharibə başlanandan bəlkə də Azərbaycan yeganə ölkədir ki, İrana dəfələrlə humanitar yardım göstərib və bu müharibənin dayanmasını və danışıqlar masasına keçməsini arzu edir. Biz günahsız insanların həyatını itirməməsini arzu edirik. Hörmüz boğazında yaranmış vəziyyətlə bağlı artıq hər kəsə bəllidir ki, ABŞ İranı blokadaya alıb. Uzun illər sanksiya altında boğulan İran üçün bu vəziyyətin həddindən artıq ağır olacağını düşünürəm. İranda sosial vəziyyətin və böhranın qaçılmaz olduğu gözlənilir. Aclıq və ağır şəraitin baş verməsi qaçılmaz olacaq. İran rəsmiləri özləri bəyan edirlər ki, müharibədən sonra körfəz ölkələri ilə münasibətlərin fonunda Azərbaycanla sərhəddə hər hansı bir insidenti baş vermir. Əlbəttə ki, bu təkcə texniki idarəetmə deyil, həmçinin də işlək kommunikasiya xəttinin mövcudluğu kimi qəbul olunur. İran-Azərbaycan ticari əlaqələri, qeyd olunduğu kimi, Mərkəzi Asiya ilə ticarət axınında mühüm rol oynaya bilər. Və bundan bir çox ölkələr iqtisadi səmərəliliyini artıra bilər. Azad ticari zonanın yaranması regional iqtisadi münasibətləri dərinləşdirəcək faktordur. Azərbaycan hər zaman qonşuları ilə bütün əməkdaşlığın tərəfdarı və etibarlı dövləti kimi çıxış edib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Aprel 2026 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri