Icma.az
close
up
RU
Tehranın mesajı nədir? Regionda yeni təhlükəsizlik balansı

Tehranın mesajı nədir? Regionda yeni təhlükəsizlik balansı

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Son günlər İran rəsmilərinin ABŞ ilə danışıqlardan imtina etməsi və 1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsinə istinad etməsi regionda diqqətlə izlənilir.

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin müavini Məhəmməd Moxberin səsləndirdiyi fikirlər Tehranın hazırkı geosiyasi vəziyyəti hansı prizmadan gördüyünü göstərir. Xüsusilə ABŞ və İsraili İranı parçalamağa çalışmaqda ittiham edən açıqlamalar regionda təhlükəsizlik mühitinin daha da mürəkkəbləşdiyini göstərir. Bu ritorika təkcə siyasi bəyanat deyil, həm də İranın daxili və xarici auditoriyaya ünvanladığı strateji mesaj kimi qiymətləndirilir.

Mövzunu daha geniş kontekstdə Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, İran rəhbərliyinin İran-İraq müharibəsinə istinad etməsi ilk növbədə siyasi və psixoloji mesajdır. Onun sözlərinə görə, bu müharibə İran siyasi diskursunda müqavimət və dözümlülük simvolu kimi təqdim olunur:

“Tehran bununla göstərmək istəyir ki, ölkə uzunmüddətli təzyiq və qarşıdurma şəraitində belə geri çəkilmək niyyətində deyil”.

Politoloq deyib ki, digər tərəfdən bu istinad daxili auditoriya üçün mobilizasiya funksiyası da daşıyır. Hakimiyyət cəmiyyətə mesaj verir ki, İran tarixən daha ağır sınaqlardan keçib və yenə də tab gətirə bilər. Eyni zamanda bu ritorika xarici aktorlara İranın strateji dözümlülük siyasətini davam etdirəcəyini göstərən siqnaldır.

İranın ABŞ ilə dialoqdan imtina etməsinin beynəlxalq sanksiya siyasətinə göstərəcəyi təsirə gəlincə, müsahibimiz deyib ki, dialoqdan imtina beynəlxalq münasibətlərdə gərginliyin davam edəcəyini göstərən siqnaldır. Bu vəziyyət ABŞ və Qərb ölkələrinin sanksiya siyasətini daha da sərtləşdirməsi ehtimalını artırır. Eyni zamanda diplomatik kanalların daralması kompromis imkanlarını da məhdudlaşdırır:

“Sanksiyaların genişlənməsi İran iqtisadiyyatına əlavə təzyiq yarada bilər. Lakin Tehran bu təzyiqə qarşı alternativ iqtisadi və siyasi tərəfdaşlıqlar qurmağa çalışır. Məhz buna görə İran son illərdə regional və qeyri-Qərb aktorları ilə əməkdaşlığı genişləndirməyə daha çox diqqət yetirir”.

Bəs ABŞ və İsrailin İranı parçalamaq istədiyi iddiası regionda təhlükəsizlik mühitinə necə təsir göstərə bilər?

Züriyə Qarayeva: Tehran göstərmək istəyir ki, ölkə geri çəkilmək niyyətində deyil

Z.Qarayeva bildirib ki, bu cür iddialar regionda təhlükəsizlik diskursunu daha da sərtləşdirir. İran rəhbərliyi bu narrativ vasitəsilə öz təhlükəsizlik siyasətini əsaslandırmağa çalışır. Onun fikrincə, Tehran hesab edir ki, xarici təzyiq və təhlükələr ölkənin müdafiə strategiyasını daha sərt etməyə məcbur edir. Bu ritorika həm də regional müttəfiqlərlə əməkdaşlığın gücləndirilməsinə xidmət edir:

“Digər tərəfdən belə iddialar regionda qarşılıqlı etimadı daha da zəiflədir. Nəticədə Yaxın Şərqdə təhlükəsizlik balansı daha mürəkkəb və qeyri-sabit xarakter ala bilər”.

Həmsöhbətimiz qeyd edib ki, hazırkı vəziyyət regionda yeni təhlükəsizlik balansının formalaşması prosesini sürətləndirə bilər. İran öz təhlükəsizlik strategiyasını daha çox çəkindirmə və regional təsir imkanları üzərində qurmağa çalışır:

“Bu isə regiondakı digər dövlətlərin də öz təhlükəsizlik siyasətlərini yenidən nəzərdən keçirməsinə səbəb olur. Belə şəraitdə regional bloklaşmaların və yeni əməkdaşlıq formatlarının yaranması ehtimalı artır. Eyni zamanda diplomatik platformalar da tamamilə arxa plana keçmir və zaman-zaman yenidən aktivləşə bilər. Ona görə də Yaxın Şərqdə təhlükəsizlik arxitekturası hələ formalaşma mərhələsindədir və proses uzunmüddətli olacaq”.

Zülfü Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri