Icma.az
close
up
RU
Tehranın Bakıya mesajı İsraildə diqqət çəkdi Sevindirici Türkiyə detalı

Tehranın Bakıya mesajı İsraildə diqqət çəkdi Sevindirici Türkiyə detalı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahunun növbəti həftə ölkəmizə 5 günlük səfəri gözlənilir. Bu, təkcə iki ölkə arasında münasibətlərin inkişafında deyil, həm də regionda geosiyasi balans baxımından əhəmiyyətli hadisə hesab olunur.

Məlumata görə, Netanyahu 7-11 may tarixlərində Bakıda qalacaq. Bu fonda Azərbaycanın Prezidenti İlham Əliyevin ənənəvi olaraq 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə Moskvaya səfəri məsələsi gündəmə gəlir.

Azərbaycanın strateji tərəfdaşı olan bir ölkənin baş nazirinin Bakıda olduğu bir vaxtda Prezident Əliyevin Rusiyaya səfəri ilə bağlı planda hər hansı dəyişiklik mümkündürmü?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov bildirib ki, Netanyahunun Bakı səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı ilə üst-üstə düşür:

“Bu, Bakıda Azərbaycanın vasitəçiliyi ilə Ərdoğan-Netanyahu görüşünün keçiriləcəyinə dair gözləntiləri dəqiqləşdirə bilər. Görüş baş tutmasa belə, hər halda, Azərbaycanın fəal və çevik diplomatiyası öz sözünü deyərək effektivliyini göstərir. Bakı Ankara–Təl-Əviv münasibətlərində normallaşmanı həyata keçirərkən, ehtimal ki, başqa oyunçular bu vasitəçiliyin gecikdirilməsi taktikasına üstünlük verəcəklər. Lakin bu, ölkəmizin ən aktual böhranlarda tərəflər arasında moderatorluq etmək siyasətinə zərər vurmayacaq.

Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini müəyyənləşdirən hadisələr fonunda yaxınlaşmaqda olan eskalasiyaların qarşısını almaq planlarına malikdir. İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri də Azərbaycanın mümkün qabaqlayıcı diplomatik-siyasi mexanizmlərinə müraciət etmək zərurətlərini ifadə edirdi”.

Analitikin sözlərinə görə, adətən münaqişələrarası proseslərdə böyük güc mərkəzləri vasitəçilik edirdi:

“Bu gün isə Azərbaycan qlobal güclərlə brokerlik məsələsində daha etibarlı formullar təqdim edərək geosiyasi yarış səhnəsində görünür. Rəsmi Bakı vasitəçilik səylərinə, regional-qlobal təsirini artırmaq və dünya səhnəsində böyük güc kimi imicini möhkəmləndirmək vasitəsi kimi baxır.

Bu, ölkəmizin regional razılaşmalarda rıçaqlarını artıraraq onun potensial rolunu daha yaxşı istiqamətə dəyişdirir. O mənada, günlərin birində Azərbaycan vasitəsilə İran-İsrail görüşü baş tutarsa (gizli və ya açıq), heç də təəccüblənmək lazım gəlməyəcək.

Netanyahunun səfəri ABŞ ilə İsrailin İrana mümkün hərbi hücumlarına işarə verdikləri vaxta təsadüf edir. Eyni zamanda İran ilə ABŞ-ın yeni nüvə sazişi əldə etmək üçün keçirdiyi mərhələli danışıqlar anında İsrailin baş nazirinin Bakıya gəlişi xüsusi diqqət çəkir. İsrail bu səfəri İrana qarşı xarici siyasətdə qalib gəlmək motivinin bir parçası hesab edir”.


Aqşin Kərimov

A.Kərimov deyib ki, İsrailin belə düşünməsinin digər səbəbi Rusiya və Çin kimi güclərin İranın təhlükəsizliyi üçün öhdəliklər götürməməsidir:

“Hərbi hücum ssenarisində Rusiya və Çinin dəstəyinin forması Tehran tərəfindən qəbul edilməsə, onun strateji variantları daralacaq, daha da təcrid olunacaq və küncə sıxılacaq. İranın ali rəhbəri Seyid Əli Xamenei növbəti dəfə nüvə proqramını məhdudlaşdırmaq və ya rejimi üçün ekzistensial təhlükə ilə üzləşmək dilemması ilə qarşı-qarşıya qalır.

Bunların fonunda isə İranın Azərbaycana dəyişən yanaşması İsrailin gündəliyində əsas müzakirə mövzularından birinə çevrilir.

Azərbaycan, Türkiyə ilə İsrail arasında yenidən uyğunlaşmanı diqqətlə izləyir. Bu, İranın nüvə proqramını genişləndirməsi və Vaşinqtonla Tehranın nüvə danışıqları əsasında əldə edə biləcəyi yeni sövdələşmələrə qarşı effektiv mexanizmlərdən biri ola bilər.

Digər tərəfdən, Türkiyə və İsrail arasında mümkün yaxınlaşma, Yaxın Şərq geosiyasətinin kürd koalisiyaları üzərindən dəyişməsi fonunda da diqqətəlayiq hadisə olar. Bu akt, Ankara və Təl-Əvivin kürd məsələsinə yanaşmasında potensial uyğunlaşmalara işarə edə bilər.

İsraillə Türkiyə kürd faktoru ilə bağlı əhəmiyyətli uzlaşmanı təmin etsələr, bu, Yaxın Şərqdə, o cümlədən İranda fərqli səslər çıxara bilər. Çünki həm geosiyasi, həm də ideoloji cəhətdən türk etnosu ilə kürdlər arasında birliyin vurğulanması, İsrailin bu prosesə dəstəyi orijinal bir yanaşma olaraq təhdidlərə qarşı yeni klişe yaradar.”

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 May 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri