“Sabah” qəzeti: Azərbaycanın Vətən müharibəsində Qələbəsi bütün regionun taleyini dəyişdirdi
Icma.az bildirir, Azertag portalına istinadən.
Ankara, 9 noyabr, AZƏRTAC
Vətən müharibəsində Qələbə təkcə Azərbaycan xalqının deyil, həm də bütün regionun taleyini dəyişdirdi. Respublikanın işğal olunmuş ərazilərinin azad edilməsi ədalət və azadlıq istəyini nümayiş etdirdi və gələcəyə inam yaratdı.
AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyənin "Sabah" qəzetinin 44 günlük müharibədə Azərbaycanın Qələbəsinin beşinci ildönümünə həsr olunmuş buraxılışında yer alıb.
“Qələbə Azərbaycan üçün asan başa gəlmədi. Qarabağ 30 il işğal altında idi. Bir milyondan çox insan evlərini tərk etməyə məcbur olmuşdu. Minlərlə Azərbaycan qəhrəmanı Vətənin azadlığı uğrunda mübarizədə şəhid oldu”, - deyə müəllif, tanınmış jurnalist Mahmut Ovur qeyd edir.
Jurnalist dünən Bakıda Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradla bağlı təəssüratlarını məşhur nəşrin oxucuları ilə bölüşərək vurğulayıb ki, Türkiyənin TB2 hücum PUA-larının uçuşu tədbir iştirakçıları tərəfindən gurultulu alqışlarla qarşılanıb.
M. Ovur Türkiyə və Pakistan liderlərinin Azərbaycandakı bayram tədbirində iştirakının əhəmiyyətini vurğulayaraq Bakı-Ankara-İslamabad ittifaqını “üç dost ölkənin müasir çağırışlara cavab verməyə hazırlığının göstəricisi” adlandırıb.
Məqalənin müəllifi əlavə edib ki, Zəfər Gününün ildönümünün sevinci bu günlərdə bütün Azərbaycan ərazisində hiss olunur.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 09 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















