Icma.az
close
up
RU
Tehranın uran ehtiyatlarını ələ keçirmə planı: Onun icraçıları kim olacaq?

Tehranın uran ehtiyatlarını ələ keçirmə planı: Onun icraçıları kim olacaq?

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İsrail İrana məxsus zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün ölkə ərazisinə xüsusi təyinatlı dəstələrin göndərilməsi imkanını nəzərdən keçirir.

Turkustan.az Axios-a istinadla xəbər verir ki, bu barədə müzakirələrin gedişi ilə tanış olan mənbələr məlumat yayıb.

Onların sözlərinə görə, bu, hərbi əməliyyatın son mərhələlərində həyata keçirilə bilər və Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əsas addım olacaq.

Hələlik bu əməliyyatı tərəflərdən hansının reallaşdıracağı və ya birgə keçirilib-keçirilməyəcəyi ilə bağlı məlumat yoxdur. Çox güman ki, əməliyyat hər iki ölkə İran Silahlı Qüvvələrinin cəlb olunan bölmələr üçün ciddi təhlükə yaratmayacağına əmin olduqdan sonra baş tutacaq.

"Əsas hədəf 60 %-ə qədər zənginləşdirilmiş 450 kq uran olacaq – bu həcm kritik sayılır, çünki onu cəmi bir neçə həftə ərzində silah səviyyəsinə (90 %) çatdırmaq mümkündür" , - mənbənin məlumatında bildirilib.

Ekspertlərin hesablamalarına görə, bu miqdar 11 nüvə başlığı yaratmaq üçün kifayətdir. Hazırda kəşfiyyat məlumatlarına görə, ehtiyatların əsas hissəsi İsfahandakı nüvə obyektinin yeraltı tunellərində, qalanları isə Fordo və Nətənzdəki obyektlərdə yerləşir.

ABŞ Prezidenti Donald Trampın administrasiyasında iki ssenari müzakirə olunur: zənginləşdirilmiş uranın İrandan tamamilə çıxarılması və ya cəlb edilmiş nüvə ekspertləri, bəlkə də Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (IAEA) mütəxəssisləri tərəfindən yerində durulaşdırılması planlaşdırılır. Bununla belə, Tramp özü "Air Force One"nın göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən quru əməliyyatının keçirilməsini istisna etməyib, lakin vurğulayıb ki, bu, yalnız çox ciddi əsaslar olduqda mümkündür və hazırda nəzərdən keçirilmir. Ağ Evdə rəsmi olaraq bəyan edirlər ki, Prezident bütün variantlara açıqdır.

"Əgər biz nə vaxtsa buna getsək, (iranlılar) elə darmadağın ediləcəklər ki, quruda müqavimət göstərə bilməyəcəklər", – Tramp bildirib.

Nüvə dosyesi ilə eyni vaxtda İranın xam neft ixracatının 90%-ə qədərinin keçdiyi Xarq adasındakı strateji neft terminalının ələ keçirilməsi də müzakirə olunur. Lakin mənbələr dəqiqləşdirirlər ki, söhbət İraq kampaniyası nümunəsində irimiqyaslı işğaldan getmir: konkret tapşırıqları yerinə yetirmək üçün yalnız kiçik xüsusi təyinatlı qrupların nöqtəvi reydləri nəzərdən keçirilir.

Daha əvvəl "The New York Times" qəzeti Amerika kəşfiyyatındakı mənbələrə istinadən xəbər vermişdi ki, İran İsfahandakı nüvə obyektinin dağıntıları altında basdırılmış əsas yüksək zənginləşdirilmiş uran ehtiyatını dar bir tunel vasitəsilə əldə edə bilər./yenisabah.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Mart 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri