Icma.az
close
up
RU
Tehranın təhlükəli planı

Tehranın təhlükəli planı

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


"İsrail–İran müharibəsinin ilk günündə İranın ali dini lideri Əli Xamenei başda olmaqla əlli nəfərdən çox yüksək vəzifəli şəxsin öldürülməsindən sonra ölkədə real hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib. Bu gün İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir. ABŞ da İranla danışıqlarda kiminlə dialoqun qurulmasında qeyri-müəyyənlik olduğunu bildirib".
Newscenter.az-ın xəbərinə görə, bunları deyən politoloq Vüqar Dadaşov bildirib ki, ABŞ–İran danışıqlarının tez-tez pozulması, əldə olunan razılaşmaların icra edilməməsi və hərbi eskalasiyanın davam etməsinin əsas səbəbi də İranın rəsmi nümayəndələrinin razılaşmalarının SEPAH tərəfindən qəbul edilməməsidir:
"İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ ilə imzaladığı memorandumun dəstəkləndiyini bəyan etsə də, İran parlamentinin 64 millət vəkili memoranduma qarşı birgə bəyanat yayıb.
Reallıq ondan ibarətdir ki, İran müharibənin dayanmasında deyil, regional miqyas almasına çalışır. Körfəz ölkələrinin müharibəyə qoşulması, İran–Ukrayna gərginliyi ilə Xəzəryanı dövlətlərin münaqişə tərəflərinə çevrilməsi də İran üçün arzuolunan ssenaridir. Hətta Cənubi Qafqazda Zəngəzur dəhlizinin (TRIPP) dayandırılması üçün yeni konflikt də Tehranın planlarına daxildir. Tehran müharibənin genişlənməsini İranı son qələbəyə aparan fürsət hesab edir".
Politoloq qeyd edib ki, İran Hörmüz boğazını bağlamaq istəyi ilə dünya iqtisadiyyatına təsir göstərərək qələbəyə bərabər razılaşma qazanacağı qənaətindədir:
"Ancaq ABŞ İranı dəniz blokadasına almaqla İranda daxili sabitliyə təsir edən ciddi iqtisadi çətinlik yaradıb. Hörmüzdə azad gəmiçiliyə mane olan İranın addımları ona qarşı beynəlxalq hərbi koalisiyanın yaranmasını sürətləndirir. Təsadüfi deyil ki, İranın keçmiş xarici işlər naziri Cavad Zərif də Hörmüz boğazı üzərindən blokadanın İranı beynəlxalq hərbi koalisiya ilə üz-üzə qoyacağını bəyan edib.
Artıq qənaət budur ki, SEPAH və teokratik quruluş hakimiyyətdən getməyənə qədər İran təhlükəsi bütün region üçün əsas təhdid olaraq qalacaq".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Avqust 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see518

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see262

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see250

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see247

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see237

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see231

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see228

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see228

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see214

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see211

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see211

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see202

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see200

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see198

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see195

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see192

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see187

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see184

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see183

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri