Tehranla İrəvan arasında Zəngəzur dəhlizi qalmaqalı: Rubinyan etiraz etdi
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan İranın Ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin TRIPP layihəsi ilə bağlı fikirlərinə etiraz edib.
Globalinfo.az xəbər verir ki, Vilayətinin, “TRIPP-lə Zəngəzur dəhlizi arasında heç bir fərq yoxdur, İran buna qəti şəkildə qarşı çıxır”, – sözləri İrəvanda birmənalı qarşılanmayıb.
Rubinyan TRIPP-in Zəngəzur dəhlizi olmadığını söyləyib:
“TRIPP Ermənistan Respublikasının tam suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində bərabərlik prinsipləri əsasında fəaliyyət göstərəcək biznes layihəsidir. Biz iranlı tərəfdaşlarımızla daim əlaqə saxlayırıq. Bu məsələdə onların həssaslıqları və narahatlıqları nəzərə alınır. Məsələ ilə bağlı dəfələrlə özlərinə də məlumat vermişik. Onların qırmızı xətlərinə də diqqət edilir və bu istiqamətdə imkan yaradılır. İran və Ermənistanın maraqları bir çox məsələlərdə üst-üstə düşür”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 16 Dekabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















