Icma.az
close
up
RU
Təhsil almaq üçün xaricə üz tutanlar nələrə diqqət yetirilməlidir?

Təhsil almaq üçün xaricə üz tutanlar nələrə diqqət yetirilməlidir?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycanda bakalavr təhsilinin əlçatanlığı ilə bağlı ciddi suallar gündəmdədir.

Bu il tələbə adını qazana bilməyənlər attestatla xarici ölkələrin, xüsusən də reytinqdə son sıralarda qərarlaşan universitetlərinə üz tuturlar.

Daha sonra həmin gənclərin diplomları çox zaman ölkədə tanınmır və onlar çətinliklərlə üzləşirlər. Bu isə həm təhsil sistemində dəyişiklik zərurətini ortaya qoyur, həm də xaricdə oxumaq istəyən tələbələr üçün mühüm sual yaradır. 

Bəs təhsil üçün ölkədən kənara üz tutarkən nələrə diqqət yetirilməliyik?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, hər il aprel ayından başlayaraq oktyabr ayına qədər bəzi mövsümi fəaliyyət göstərən şirkətlər və şəxslər valideynləri aldadaraq müxtəlif dələduzluq halları törədir. 

Onun sözlərinə görə, bu hallar əsasən xaricdə təhsil məsələsi ilə bağlıdır:

“Nəzərinizə çatdırım ki, hər il aprel ayından başlayaraq oktyabr ayına qədər bəzi mövsümi fəaliyyət göstərən şirkətlər və müəyyən şəxslər valideynləri aldatmaq yolu ilə müxtəlif dələduzluq halları törədir.

Bu, əsasən xaricdə təhsil məsələsi ilə bağlıdır. Təəssüf ki, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, o cümlədən Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən dəfələrlə xəbərdarlıq olunub ki, biz xarici ölkələrdə qiyabi və distant formada təhsili tanınmırıq.

Tanınan yalnız əyani təhsil formasıdır. Həm də bu təhsil dünyanın nüfuzlu ali məktəblərində, ən azı dünya reytinqində ilk 1000–1500 universitet sırasında yer alan ali məktəblərdə olmalıdır.

Bundan əlavə, təhsil aldığınız ixtisas ölkəmizdə prioritet sayılmalı, həmçinin, tədris dili üzrə bilik və bacarıqlara sahib olmalısınız. Bu parametrlərə cavab verənlərin diplomlarının tanınmasında heç bir problem yaranmır”.

Onun sözlərinə görə, amma təəssüf ki, son vaxtlar bəzi şirkətlər və dırnaqarası işbazlar müvafiq olaraq, Ukrayna, Rusiya və ya başqa tanınmayan universitetlərin diplomlarını qiyabi və ya distant formada təqdim edirlər:

“Xüsusilə Ukraynada müharibə vəziyyətini nəzərə alaraq, valideynlərə “təhsil əyani olacaq, narahat olmayın, onlayn dərslər keçiriləcək” kimi vədlər verərək valideynləri aldadırlar.

Nəticədə, övladları yerli universitetlərə qəbul ola bilməyən valideynlər əlacsızlıqdan həmin işbazların qurbanına çevrilirlər. 
Dəfələrlə valideynlərə müraciət etmişik ki, ayıq-sayıq olsunlar və yalnız tanınmış şirkətlərə üz tutsunlar. Bu sahə üzrə müvafiq olaraq fəaliyyətdə uğurlu olan şirkətlərlə əməkdaşlıq etsinlər.

İstər bakalavr, istər magistr pilləsində hər il plan yerləri artırılsa da, müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı azalır. Müsabiqə şərtini ödəmək minimal təyin olunan şərtləri yerinə yetirməkdi. Halbuki alternativ addımlar atılmalıdır.

Məsələn, yeni dövlət və özəl universitetlərin yaradılmasına imkan yaratmalıyıq, gənclər tanınmayan xarici universitetlərdə təhsil almaqdansa, ölkədə fəaliyyət göstərən kollec və peşə təhsilinə yönləndirilməlidirlər.İnsanlarımız dərk etməlidirlər ki, Azərbaycanda aldıqları peşə təhsili diplomu, xaricdə tanınmayan universitetlərin verdiyi diplomdan qat-qat üstündür.

Əgər həm maarifləndirmə işləri gücləndirilsə, həm də valideynlər və abituriyentlər bu reallığı dərk etsələr, bu sahədə mühüm irəliləyiş əldə etmək mümkündür”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: təhsil xaric Elçin Əfəndi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Avqust 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri