Icma.az
close
up
RU
Təhsil çox qazandırır, yoxsa təhsil almayıb blogerlik etmək?

Təhsil çox qazandırır, yoxsa təhsil almayıb blogerlik etmək?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkədə ali təhsil dalınca gedən gənclər kifayət qədərdir.

Ancaq Azərbaycan ali təhsilli insanların sayına görə dünyada ən aşağı yerlərdədir. Bunun səbəbini isə mütəxəssislər müxtəlif amillərlə izah edirlər.

Ekspertlərin fikrincə, bu gün bəzi gənclər sosial şəbəkələrdə, daha asan və tez gəlir əldə etməyə üstünlük verdikləri “peşəni” seçdikləri üçün ali  təhsil almağa önəm vermirlər.

Hətta bəzi gənclər bunu onunla əlaqələndirirlər ki, 4 il ali təhsil alıb, işsiz qalmaqdansa, hazırda bloger kimi fəaliyyətlə məşğul olub, gəlir əldə etmək daha məqsəduyğundur. Bu isə onu göstərir ki, bu gün “TikTok”, “YouTube”, “İnstagram” gənclərin hədəfinə, onu gəlirlə təmin edəcək vasitəyə, “işə” çevrilib.

Maraqlıdır, bu gün universitetlərin auditoriyasını əvəzləyən blogerlik sabah Azərbaycanı təhsilsizlər ölkəsinə çevirməyəcəkmi?     
Məsələ ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov “Cebheinfo.az”-a bildirib ki, son vaxtlar sosial şəbəkələr insanların həyatına mənfi təsir göstərir: 

“Müsbət tərəfləri də var, ancaq mənfi tərəfləri daha çox özünü göstərir. Çünki bir çox gənclər, istər ali məktəb tələbələri olsun, istər orta məktəb şagirdləri olsun, sosial şəbəkələrdən asılılıq nəticəsində orada olan zərərli oyunların qurbanı olurlar. Bəzi insanlar aldadılaraq həmin oyunlara qoşulurlar. Pul qazanmaq adı altında həm insanları aldadırlar, həm də vətəndaşları aldadaraq kart vasitəsilə pullarını ələ keçirirlər. Burada digər məsələ təhsillə bağlıdır.

Təbii ki, hər bir insanın ali təhsil alması vacib deyil. Əvvəllər peşəyönümlü məktəblər vardı və insanlar gedib burada müxtəlif peşəyə yiyələnirdilər. Təəssüf ki, bu gün peşə ilə bağlı iş tapmaq çətindir. Əvvəllər bənna, çilingər kimi sahələr vardı. Həmin dövrdəki qədər zavod, fabrikin olmaması da bu sahədə problemlər yaradır. Hazırda qısa peşəyönümlü dərzi, aşpazlıq, bərbərlik kimi sahələr var. Bundan kənar sahələr çox azdır. Ona görə də gənclərin bir qismi ali təhsil almağa üz tuturlar.

Əgər 4 il ərzində oxuya bilmirsə, diplom alsa da, təcrübəli mütəxəssis olmurlar. Digər problem odur ki, bu gün ölkədə təcrübə məkanları yoxdur. Ancaq bir vaxtlar universitetlərin tərkibində müəyyən təcrübə mərkəzləri var idi ki, tələbələri oraya yönəldirdilər. Bu baxımdan gənclərin asudə vaxtının təşkil olunması, hansısa bir elmi, faydalı işlə məşğul olması çətindir. Ona görə də bu gün ən asan yol kimi sosial şəbəkələrdən istifadə edirlər ki, bir sıra hallarda onun qurbanına çevrilirlər”. 

Sosioloqun fikrincə, bu gün dünyada insanların sosial şəbəkəyə çıxışı asanlaşıb və artıq insanlar kitabxanaya kitab oxumağa getmirlər:

“Sovet dövründə isə insanlar məhz kitabxanaya gedərək kitab, qəzet oxuyurdular. Ancaq bu gün nə kitab, nə də qəzet oxuyan var. Bütün bunlar bir telefonda “cəmləşib”.

Sanki dünya əlinin içindədir. Dünyanın hər yerində bu problem var ki, insanlar mütalidən çox hansısa bir sosial şəbəkəyə üstünlük verirlər. Oxumağa saatlarla vaxt sərf etmir, internet vasitəsilə qısa indormasiya əldə edir. Bu gün insanlar “TikTok”, “YouTube” kimi kanallar vasitəsilə baxıb görürlər ki, burada pul, qazanc var.

Ölkədə kifayət qədər ali təhsil ocaqları olsa da peşəyönümlü iş yerləri yoxdur. Bu gün valideynləri də günahlandırıram ki, övladlarının kiçik yaşlarından onların bacarıqlarını üzə çıxarmalıdırlar. Onlar öz istədikləri sahəyə yönəldirlər, ancaq sonra övladları gedib başqa işdə işləyirlər. Bu gün gənclər təhsil alsalar da iş yeriləri məhduddur, özəl şirkətlərdə iş öz qaydalarına uyğun aparılır.

Dövlət qulluğu imtahan vasitəsilə işə düzəlmək çətin olur. Məcbur olub gedib asan qazanc yolu vasitəsi olaraq blogerliklə məşğul olurlar. Ailəsinə çörək pulu qazanmaq istəyir. Ancaq sağlam rəqabət olmasını istərdim. Böhtan xarakterli olmamalıdır. Daha faydalı iş ortaya qoymalıdır. Zərərli vərdişlə məşul olmasın. Kiminsə hüququnu pozmursa, məşğul ola bilər. Ancaq onların çoxu digərlərinin hüquqlarını pozmaqla bunu həyata keçirirlər”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: təhsil bloger Fariz Əkbərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri