Icma.az
close
up
RU
Təhsil daha çox qazandırır, yoxsa təhsil almayıb blogerlik etmək? AÇIQLAMA FOTO

Təhsil daha çox qazandırır, yoxsa təhsil almayıb blogerlik etmək? AÇIQLAMA FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Əvvəllər uğur qazanmağın yeganə yolu ali təhsil almaq, yaxşı bir ixtisas üzrə universitet bitirmək və sonra ixtisaslı kadr kimi iş həyatına atılmaq idi. Valideynlərin övladlarından ilk gözləntiləri məhz diplom əldə etmək, sabit və gəlirli bir peşə sahibi olmaq idi. Amma zaman dəyişib.

Bugünkü dövrdə isə internetin, sosial medianın, xüsusilə də “TikTok”, “YouTube” və “Instagram” kimi platformaların yüksəlişi ilə yanaşı, bir çox gənc təhsil almadan blogerlik, influenserlik və ya digər yaradıcı sahələrdə uğur qazanmağa başlayıb. Bəziləri günlərlə hazırlaşaraq imtahan verməyə çalışdığı halda, digərləri qısa videolarla, gündəlik paylaşımlarla minlərlə manat gəlir əldə edir.

Bu isə cəmiyyətdə yeni bir sual doğurur: Bu gün təhsil daha çox qazandırır, yoxsa təhsil almayıb blogerliyin dalınca düşənlər?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə təhsilə baxış birtərəfli deyil, daha geniş miqyaslı olmalıdır:

“Təhsil - fərdi şəxsiyyət müstəvisində formalaşdırmalı olan proseslərin ümumi adıdır. Maddi qazanc, ciddi maliyyə fərqi kimi məsələlərə təhsilin əsas funksiyası kimi qəbul etmək olmaz. Doğrudur, ta uşaqlıqdan "dərslərini yaxşı oxu, böyüyəndə pulun çox olsun" kimi sözləri az qala, "öyüd-nəsihət" kimi eşitmişik. Amma sonradan təhsilin dərinliyinə vardıqca bu yanaşmanın təhsil üçün müsbət deyil, mənfi hal olduğunu gördük. Təhsil biznes bacarıqları olan şəxsi yox, təhsil ümumiyyətlə şəxsiyyəti yetişdirir.  Təhsilin ötürdüyü bilik və bacarıqlar, müxtəlif praktiki və nəzəri vərdişlər onun sonrakı həyat yolunda şəxsin əlindən tutur. Şüuraltı olaraq hər zaman onu izləyir. Sonrakı mərhələlər isə insanın özünə cızdığı həyat yolunun göstəricisidir. Dediyiniz bloggerlik məsələsi də məhz həyat yolu seçimlərindən yalnız biridir. Biz bu həyat yolunu seçən və nəticədə maddi rifahını təmin edən şəxsləri ümumi təhsil göstəriciləri, təhsilin fərdə qazandırdıqları ilə müqayisə edə bilmərik”.

Ekspert əlavə edib ki, təhsilin funksiyası ilə, onların mahiyyəti bir-birilə tərz mütənasibdir:

“Bəli, bugün bloggerlik, sosial şəbəkə üzərindən reklam menecerliyi, videolar üzərindən yüksək gəlirlərin qazanması halları tez-tez yaşanıla bilər və yaşanılır. Amma onu sırf bu detala görə təhsildən üstün tutmaq, "təhsildən çox qazandırır" deyərək, mahiyyətini aşağı salmaq fikri ilə qətiyyən razı deyiləm. Yox, gərə müqayisə etmək mütləqdirsə, onda çəkinmədən məhz təhsil deyərəm!

Kimsə bu fikrimizlə razı olmaya, hətta gülüşlə qarşılaya bilər. Amma təhsilin istər ümumi mahiyyəti, istərsə də ötürdüyü bilik bacarıqların hesabına insana qazandırdığı maddi-mənəvi dividentlər əvəzsizdir. Bunu nə bloggerlik, nə də qeyri fəaliyyətlərlə eyniləşdirmək olmaz.”

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Aprel 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri