Təhsil İdarəsi Xızıda məktəb direktorunun ölümü ilə bağlı məlumat yayıb YENİLƏNİB
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Abşeron-Xızı Regional Təhsil İdarəsi Xızıda məktəb direktorunun meyitinin işlədiyi məktəbdən tapılması ilə bağlı məlumat yayıb.
APA xəbər verir ki, məlumatda bildirilir:
"29 dekabr 2024-cü il tarixində, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib. Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Təhsil müəssisəsinin direktoru Fazil Məmmədovun vəfatı ilə bağlı ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk".
***
11.48
Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb.
APA xəbər verir ki, hadisə Xızı rayonunun mərkəzi məktəbində qeydə alınıb.
1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun axşam yaşadığı ünvandan idman etmək məqsədi ilə çıxdığı, lakin bu gün səhər saatlarında direktoru olduğu məktəbdə meyitinin tapıldığı bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.
Fəridə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















