Icma.az
close
up
RU
Təhsil İnstitutu və 3 milyon manatlıq layihələr... MMC lərin sahibləri kimlərdir?

Təhsil İnstitutu və 3 milyon manatlıq layihələr... MMC lərin sahibləri kimlərdir?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Təhsil İnstitutunun 2025-ci il büdcəsindən ibtidai sinif müəllimlərinin, metodistlərin və şagirdlərin inkişafına ayrılan 2 808 015 AZN-lik vəsait diqqət çəkir.
Vəsaitin xərclənəcəyi istiqamətlər isə bunlardır:
Riyaziyyat fənni üzrə ibtidai sinif müəllimlərinin təkmilləşdirilməsi – 600 325 AZN
Müasir metodik xidmətin təşkili üzrə metodistlər üçün – 864 000 AZN
Ümumi təhsil müəssisələrində metodist hazırlığı – 270 000 AZN
İstedadlı şagirdlərlə işin təşkili – 36 000 AZN
Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və idarəetmə heyəti üçün – 350 000 AZN
Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması – 216 000 AZN
Təlim prosesində texnologiyalardan effektiv istifadə üzrə ixtisasartırma – 36 000 AZN
Ümumi təhsil müəssisələrində öyrənmə mühitinin təşkili – 72 000 AZN
Şagirdlərin sosial-emosionallığı və təhlükəsizliyinin təşkili üzrə – 90 000 AZN
İnkluziv təhsilin təşkili üzrə ixtisasartırma – 43 000 AZN
Lisey və gimnaziyalara qəbul prosesinin təşkili – 230 690 AZN

Bu xərclər üçün xidmətləri göstərəcək şirkətlər arasında “Alqoritmika.Azərbaycan”, “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi”, “Peşəkar Təlim və İnkişaf Mərkəzi”, "Savad Mərkəzi”, “Azərbaycan Müəllim İnkişaf Mərkəzi”, “Təhsildə Araşdırma və İnkişaf Mərkəzi”, “Psixologiya Elmi-Tədqiqat İnstitutu” MMC-ləri yer alır.
Maraqlı və riskli məqamlar
Ən diqqət çəkən məqam budur ki, bu şirkətlərlə bağlanan müqavilələr dövlət satınalmaları portalında yerləşdirilməyib, yəni şəffaflıq prinsipi pozulub. Həmçinin, “Alqoritmika.Azərbaycan” MMC-nin dövlətə 118 849 AZN borcu mövcuddur.
Bütün bunlar ciddi sual doğurur:
Bu MMC-lərin Azərbaycanda təhsil sisteminə hansı real töhfələri olub?
Bu qədər böyük vəsaitlər verilərkən onların fəaliyyətində hansı müsbət nəticələr qeydə alınıb?
Təhsil İnstitutunun keçirdiyi imtahanlarda səhv sualların illərdir müzakirə mövzusu olması və heç kimin cavab verməməsi necə izah olunur?

Təhsil İnstitutunun fəaliyyəti uzun illərdir ictimaiyyətin diqqətindədir. Xüsusilə peşə təhsili müəssisələrinə keçirilən imtahanların suallarını institut hazırlayır. Lakin sualların keyfiyyəti və düzgünlüyü ilə bağlı çoxsaylı problemlər müşahidə olunur. Bu suallara isə heç kim aydınlır gətirmir...
Hazırda 3 milyon manatlıq vəsait həqiqətən təhsil keyfiyyətini artıracaq, yoxsa yalnız müəyyən şirkətlər üçün maliyyə axını yaradacaq? 
Elə isə maraqlıdır, bu qədər vəsaiti alan MMC-lərin kimlərə məxsus olduğuna baxaq...
"Alqoritmika.Azərbaycan" MMC -  27 oktyabr 2017-ci ildə yaradıldlğı ilə bağlı məlumatlar var. Qanuni təmsilçisi ilə bağlı dəqiq mlumatlar yoxdur. Şirkətin rəsmi saytı da yoxdur.
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi - https://ite.az/ 
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏHSİLDƏ İNNOVATİV TEXNOLOGİYALAR ƏLAVƏ TƏHSİL MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.08.2012-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV, ev 4, m. 105, qanuni təmsilçisi kimi isə Axundov Emin Əlövsət oğlu qeyd olunub.
Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin Xanlarov Vüsal Tərlan oğlu tərəfindən təsis edildiyi göstərilir. Bəs Vüsal Xanlarov kimdir? Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.
Peşəkar Təlim və İnkişaf Mərkəzi MMC -  2015-ci ilin avqust ayında fəaliyyətə başlayıb. https://ptim.edu.az/
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PEŞƏKAR TƏLİM VƏ İNKİŞAF MƏRKƏZİ ƏLAVƏ TƏHSİL MÜƏSSİSƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.04.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XOCALI, ev 64, qanuni təmsilçisi kimi isə Mehtiyev Nəcməddin Saday oğlu qeyd olunub. Vergi öhdəlikləri üzrə 2016-2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə MMC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.
Reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin Əliyev Elnur Qəzənfər oğlu tərəfindən təsis edildiyi göstərilir. Əliyev Elnur Qəzənfər oğlu 2023-cü ilin dekabrında Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə Elm və təhsil nazirinə müşavir təyin edilib. O, həmçinin Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir. Elnur Əliyev Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində də çalışır.
"Savad Mərkəzi” MMC - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət qeydiyyatına alıb. Hüquqi ünvanı - Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 184, mənzil 3, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Məhəbbət Məhərrəm qızı Vəliyeva.
M.Vəliyeva 2018-2021-ci illərdə Azərbaycanın təhsil nazirinin müavini olub
Azərbaycan Müəllim İnkişaf Mərkəzi MMC - http://www.azteachers.az/az - Mərkəz Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis olunub. Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Kəmaləddin oğlu Heydərovdur.
Təhsildə Araşdırma və İnkişaf Mərkəzi MMC - https://taim.edu.az/ 2013-cü ildə yaradılıb. Qanuni təmsilçisi haqqında məlumat tapılmır.
Psixologiya Elmi-Tədqiqat İnstitutu MMC - Qanuni nümayəndəsi falsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovdur. O, həmçinin institutun sədri və rəhbəridir.
Beləliklə, Elm və Təhsil naziri Emin Əmrullayevə deyiləsi bir söz qalır  - Görünən dağa bələdçi lazım deyil...  (Bizimxeber.org)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri