Icma.az
close
up
RU
Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir

Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Təhsil İnstitutu 2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək şəxslərin seçimi üçün yenidən “Müasir metodist” müsabiqəsi elan edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ölkənin müxtəlif regionlarından sertifikasiya imtahanından uğurla keçən fənn müəllimləri (ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat) və 2025-ci ilin iyun ayında sertifikasiyadan keçəcək olan fənn müəllimləri (coğrafiya, biologiya, kimya, fizika və informatika) müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı meyarlar nəzərə alınır:

-Pedaqoji təhsil;

-Azı 7 illik pedaqoji təcrübə;

-Sertifikasiya balı 51 və 51-dən yuxarı;

-İKT bacarıqları;

-Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).

Qeydiyyatdan keçən və müvafiq tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər.

Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb edilirlər.

Sertifikasiya imtahanına cəlb olunmamış, lakin müsahibə mərhələsindən uğurla keçmiş müəllimlərin təlimlərə cəlb olunması onların sertifikasiya balından (51-dən yuxarı bal) asılı olaraq müəyyən ediləcək.

Qeydiyyat iyunun 20-dək davam edəcək.

Əvvəlki müsahibənin nəticələri yaxın günlərdə açıqlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri