Icma.az
close
up
RU
Təhsil İnstitutundan yanlış suallarla bağlı daha bir AÇIQLAMA

Təhsil İnstitutundan yanlış suallarla bağlı daha bir AÇIQLAMA

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin suallarından narazılıq yaranıb.

Bakupost.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil İnstitutu yuxarı yaş qrupu üzrə yarımfinal turu zamanı olimpiada iştirakçılarına təqdim olunan suallarda aşkarlanan yanlışlıq iddiaları ilə bağlı daha bir açıqlama yayıb.

Məlumatda fevralın 23-ü keçirilmiş Respublika Fənn Olimpiadalarında riyaziyyat fənnindən yuxarı yaş qrupu üzrə şagirdlərə təqdim edilmiş 30 tapşırıqdan ikisində yanlışlıq aşkarlanıb, ikisində isə iki doğru cavab qeyd edildiyi bildirilib: “Bu tapşırıqların hər biri imtahanda iştirak etmiş bütün şagirdlərin lehinə hesablanıb. Həmçinin 4 tapşırıqda baş vermiş yanlışlığın yarada biləcəyi mənfi təsiri kompensasiya etmək üçün əvvəlki illərdən fərqli olaraq, 60 nəfər deyil, 90 nəfər şagirdə finalda iştirak hüququ verilib.

İmtahanda 9 sualda yanlışlığın olduğunu iddia edən şəxs həm informatika, həm də riyaziyyat fənni üzrə yarımfinal turdan finala vəsiqə qazanmayan iştirakçı şagirdlə bağlı müraciət edib. O, bununla bağlı Təhsil İnstitutunda bir neçə dəfə məsul şəxslərin qəbulunda olub və Münsiflər Heyətinin üzvləri ilə görüşüb. Onun rəsmi müraciətinə Münsiflər Heyəti tərəfindən rəsmi cavablar verilib, eləcə də, digər 5 sualla bağlı qaldırdığı iddialara qarşı elmi əsaslandırmalarla sübut edilmiş izahlar təqdim olunub.

Şagirdin finalda iştirakı ilə bağlı iddiaçının çoxsaylı müraciətlərinə və digər şagirdlərə tətbiq edilməyən güzəştlərin həmin şagirdə tətbiq olunması ilə bağlı xahişlərinə müsbət cavab verilmədiyi üçün və bu qərar ona rəsmi şəkildə bildirildikdən dərhal sonra ictimaiyyətə yanlış informasiya ötürməyə başlayıb. Baş vermiş texniki xətanı mənfi cavab aldıqdan sonra ictimailəşdirməsi onun qərəzli olduğunu göstərir və təəssüf doğurur. Respublika Fənn Olimpiadalarında 70 minə yaxın şagird iştirak edir, prosesin şəffaf və obyektiv təşkilində həssaslıq göstərilir və bu cür xətaların təkrarlanmaması üçün tədbirlər görülür”.

Təhsil İnstitutundan bildirilib ki, 9 sualın yanlış olması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Xatırladaq ki, riyaziyyat elmləri doktoru, professor Rəşid Əliyevin iddialarına görə, fevralın 23-də Təhsil İnstitutu tərəfindən təşkil olunan riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin yuxarı yaş qrupu üzrə yarımfinal turu zamanı olimpiada iştirakçılarına təqdim olunan 30 tapşırıqdan 7-si səhv, 2-si isə 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramına daxil edilməyən mövzulardan tərtib olunub. Bununla da 30 tapşırıqdan 9-u səhv olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Aprel 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri