Icma.az
close
up
RU
Təhsil Nazirliyi “WhatsApp”da ifşa olunan direktorların işini niyə prokurorluğa ötürmür?

Təhsil Nazirliyi “WhatsApp”da ifşa olunan direktorların işini niyə prokurorluğa ötürmür?

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Nazirliyin təyin etdiyi direktorların bəziləri "informasiya daşıyıcısı"dır, ona görə də onların işi prokurorluğa verilmir”.

Bunu “Yeni Sabah”a təhsil eksperti Elşən Qafarov bildirib.

O, müxtəlif qanunpozmalarda, o cümlədən maşınını xadiməyə yuduzdurduğuna görə vəzifə səlahiyyətlərini aşmada, ad günü hədiyyəsi istədiyi üçün rüşvətdə və s. ittiham oluna biləcək orta məktəb direktor və müəllimləri barədə Təhsil Nazirliyinin çıxardığı qərarları şərh edib.  Toyuqlu pizza

Xatırladaq ki, bir qayda olaraq neqativ hallar valideynlərin təşkil etdiyi “WhatsApp” qrupları vasitəsi ilə ifşa olunur. Təhsil Nazirliyi isə bu cür ifşalardan sonra bu şəxsləri ya işdən çıxarır, ya da həmin adamlar töhmət və xəbərdarlıqla yaxalarını ittiham cəngindən çıxarırlar.

Elşən Qafarov qeyd edib ki, ölkədə 4252 ümumtəhsil, 2000-ə yaxın məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və bir neçə direktorun neqativ davranışı bu sistemin tamamına şamil edilə bilməz:

“Cəmiyyət və mətbuat olaraq başa düşməliyik ki, əgər bir neçə problemli direktor və ya müəllim varsa, yalnız onlar təqsirləndirilməlidir. Kifayət qədər şəffaf işləyən və qanunvericiliyə uyğun fəaliyyət göstərən təhsil rəhbərləri mövcuddur. Amma təəssüf ki, qaydalara riayət etməyən şəxslər də”.

Ekspert təhsili idarə edən şəxslərin bu sahəyə yad olduğunu vurğulayıb:

“Başda təhsil naziri Emin Əmrullayev olmaqla, şirkətlərdən gətirilən dostları, tanışları, tələbə yoldaşları bu sahədə mühüm vəzifələr tuturlar. Təəssüf ki, bunun acı nəticələrini yaşayırıq. Ölkənin təhsil müəssisələrində nə təhsil, nə də tərbiyə mühiti qalıb. Tədris verən şəxslərin özlərinin belə təhsil təcrübəsi yoxdur”.

E. Qafarov əlavə edib: “Əgər imtahanlar ən yaxşı direktorluğa namizədləri seçmək üçün keçirilirsə, o zaman niyə bu neqativ hallara yol verənlər elə məhz imtahanla işə qəbul olunanlardır? Deməli, təhsil müəssisələrinin idarəçiliyində də ciddi problemlər var. Buna görə məsuliyyəti Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi daşıyır”.

Ekspert daha bir mühüm məqama toxunub:

“Təhsil Nazirliyi bu cür direktorların işlərini prokurorluğa göndərmir. Çünki onlar “informasiya daşıyıcısı”dır və istintaq zamanı nazirlikdə çalışan şəxslərlə bağlı xoşagəlməz detallar üzə çıxa bilər. Araşdırmalar göstərir ki, bu neqativ hallara yol verən şəxslər əsasən “xüsusi yollarla” işə təyin olunanlardır. Nazirlik buna görə onları hüquq-mühafizə orqanlarına təqdim etməkdən çəkinir”.

Ekspert bildirib ki, bəzi neqativ davranışlara yol vermiş şəxslər cəzalandırılmaq əvəzinə, sadəcə başqa məktəbə keçirilir:

“Təcrübədə belə hallar var. Eyni əmələ görə biri işdən çıxarılır, digəri isə töhmət alır. Bu da həmin şəxsin kimə bağlı olduğundan asılıdır. Əgər “xüsusi yolla” direktor təyin olunubsa, ona sadəcə xəbərdarlıq edilir və yeri dəyişdirilir. Əgər imtahanla işə götürülübsə, o zaman birbaşa işdən uzaqlaşdırılır. Bu da sistemin necə işlədiyini açıq şəkildə göstərir”.

Rəvan Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 İyul 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri