Icma.az
close
up
RU
WhatsApp da yenilik

WhatsApp da yenilik

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“WhatsApp”, hesabı olmayan istifadəçilər üçün qonaq çatları sınaqdan keçirməyə başlayıb.

"Unikal" “WABetaInfo” portalına istinadla xəbər verir ki, “Android” platformasında bir neçə ay davam edən sınaqlardan sonra funksiya iOS və veb-versiyada bəzi beta-testerlər üçün də əlçatan olub. Yeni rejim link vasitəsilə qorunan yazışmaya başlamağa imkan verir. Lakin hazırda funksiya müəyyən məhdudiyyətlərlə işləyir: qrup çatları, zənglər və fayl əlavələri dəstəklənmir, həmçinin 10 gün aktivlik olmadıqda yazışma avtomatik olaraq dayandırılır.

“WhatsApp”ın “iOS TestFlight” və veb-beta versiyasından istifadə edən bəzi istifadəçilər qonaq çatlara çıxış əldə ediblər. Bu funksiya ilk dəfə ötən ilin avqustunda Android beta versiyanı test edənlər üçün təqdim olunub. Onun təyinatı praktiki xarakter daşıyır. “WhatsApp” istifadəçisi xidmətdə hesabı olmayan şəxs ilə söhbətə başlaya bilir.

Funksiyanın işləmə prinsipi dəvət linki mexanizmi üzərində qurulub. “WhatsApp” istifadəçisi tətbiqin “Invite a friend” bölməsində xüsusi dəvət linki yaradır və onu SMS və ya digər tətbiqlər vasitəsilə göndərir. Həmin link açıldıqdan sonra “WhatsApp Web” vasitəsilə qorunan çat sessiyası işə düşür. Beləliklə, qonaq istifadəçi söhbətə başlamaq üçün hesab yaratmaq əvəzinə sadəcə ona göndərilmiş dəvət linkini açır.

Bundan sonra sistemin kriptoqrafik mexanizmi işə düşür. Həmsöhbət qonaq kimi istifadəni davam etdirdikdə “WhatsApp Web” unikal identifikator yaradır. Bu identifikator şifrələmə açarının yaradılması üçün istifadə olunur. Nəticədə qonaq çatları tamamilə şifrələmə ilə qorunur. Bu isə o deməkdir ki, “WhatsApp” özü mesajların məzmununu görə bilmir və yazışmaya yalnız söhbətin iştirakçıları çıxış əldə edir.

Hazırda bu funksiya iOS, Android və veb-versiyada yalnız məhdud sayda beta-test istifadəçiləri üçün əlçatandır. Funksiyanın daha geniş istifadə üçün nə vaxt təqdim ediləcəyi isə hələ açıqlanmayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Mart 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri