Təhsil səviyyəsi iqtisadi göstəricilərə birbaşa təsir edir İqtisadçı
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycanda ali təhsilli insanların faiz nisbəti qonşu ölkələrdən azdır. Azərbaycanda 25 yaşdan yuxarı əhalinin cəmi 17,67 faizin ali təhsili var, Gürcüstanda bu göstərici 33,69 faiz, Ermənistanda isə 24,9 faizdir”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a söyləyib. O vurğulayıb ki, Gürcüstanda ən yaxşı göstərici olmasına baxmayaraq, hökumət bu rəqəmdən də razı deyil, ona görə, gələn ildən dövlət ali məktəblərinin hamısında, dövlət dilində təhsil tam pulsuz olacaq. Bəzi ölkələrdə də buna bənzər addımların atılmasına hazırlıq gedir:
“Azərbaycanda isə, məsələn, 2023-cü ildə ümumilikdə 8631 nəfər, əsasən də, təhsil haqqının ödəyə bilmədiyinə görə universitetlərdən xaric ediliblər. Düşünürəm ki, Azərbaycanda da qonşu ölkələrin təcrübəsindən istifadə olunmalıdır: “Çünki bu məsələlər bir-birinə çox bağlıdır – təhsil səviyyəsi iqtisadi göstəricilərə birbaşa təsir edir”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 19 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















