Icma.az
close
up
RU
Təhsil tələbə kreditindən ən çox faydalanan 5 universitet ADLAR

Təhsil tələbə kreditindən ən çox faydalanan 5 universitet ADLAR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Tələbələri təhsil kreditindən ən çox faydalanan universitetlər məlum olub.

Modern.az xəbər verir ki, bu barədə AzEdu.az Təhsil Portalına Tələbə Təhsil Kredit Fondundan (TTKF) məlumat verilib.

Fonddan sorğuya cavab olaraq bildirilib ki, təhsil tələbə kreditləri respublikamızın ərazisində fəaliyyət göstərən təhsil müssisələrinin ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulub:

“Belə ki, 2024-2025-ci tədris ilinin yaz semestri üzrə bu günədək Fonda məxsus elektron portala 6461 müraciət daxil olmuş, onlardan 4612 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir. Səviyyələr üzrə paylanma aşağıdakı kimidir:

- Bakalavriat səviyyəsi üzrə – 2992 (64.87%)

- Magistratura səviyyəsi üzrə – 1364 (29.58%)

- Orta ixtisas təhsili səviyyəsi üzrə – 251 (5.44%)

- Texniki peşə təhsili səviyyəsi üzrə – 5 (0.11%)

Statistik məlumatlara əsasən, cari semestr ərzində ən çox təhsil tələbə krediti alan ilk 5 universitet bunlardır:

1. Azərbaycan Dövlət İqtisad Universiteti – ümumi 458 nəfər (9.93%) - onlardan kişi cinsi üzrə 220 nəfər, qadın cinsi üzrə 238 nəfər;

2. Gəncə Dövlət Universiteti – ümumi 300 nəfər (6.50%) - onlardan kişi cinsi üzrə 94 nəfər, qadın cinsi üzrə 206 nəfər;

3. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası – ümumi 268 nəfər (5.81%) - onlardan kişi cinsi üzrə 241 nəfər, qadın cinsi üzrə 27 nəfər;

4. Bakı Dövlət Universiteti – ümumi 207 nəfər (4.49%) - onlardan kişi cinsi üzrə 90 nəfər, qadın cinsi üzrə 117 nəfər;

5. Azərbaycan Dövlət Pedaqoji Universiteti – ümumi 200 nəfər (4.34%) - onlardan kişi cinsi üzrə 29 nəfər, qadın cinsi üzrə 171 nəfər.

Ümumilikdə, Fond fəaliyyətə başladığı gündən etibarən bu günədək elektron portala 65885 müraciət daxil olmuş, bunlardan 52065 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir:

“Bu müraciətlər arasında 34084 (65.46%) standart növ təhsil tələbə krediti, 17981 (34.54%) sosial növ təhsil tələbə krediti təşkil edir.Hazırda 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət dövrü davam edir. Müraciətlərin qəbulu semestrin sonuna kimi davam edəcək”,- deyə fonddan məlumat verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Mart 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri