Təhsil tələbə kreditindən ən çox yararlanan 10 universitet
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026/2027-ci tədris ilində yeni qəbul olunmuş tələbələr arasında təhsil tələbə kreditindən (TTK) ən çox yararlanan 10 təhsil müəssisəsinin göstəriciləri açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib. Bildirilib ki, təqdim olunan məlumatlar avqustun 3-dən sentyabrın 24-dək olan dövrü əhatə edir.
Göstərilən dövrdə TTK-dən ən çox yararlanan yeni qəbul olunmuş tələbələrin sayı Azərbaycan Dövlət İqtisad Universitetində 452, Bakı Slavyan Universitetində 290, Bakı Dövlət Universitetində 289, Azərbaycan İdman Akademiyasında 277, Bakı Avrasiya Universitetində 275 nəfər təşkil edib.
Azərbaycan Texniki Universitetində 220, Azərbaycan Dövlət Pedaqoji Universitetində 218, Azərbaycan Dillər Universitetində 204, Azərbaycan Universitetində 204, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə 196 yeni qəbul olunmuş tələbə təhsil tələbə kreditindən yararlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 26 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















