Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 9 aprel, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial media hesabında paylaşım edib. Nazir müavini qeyd edib ki, ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb. “Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır. Dövlətimizin yaratdığı bu imkanlar tələbələrimizin arzuladıqları ixtisası seçmələrinə və yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstək olub”, - deyə Kənan Kərimzadə paylaşımda vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 09 Aprel 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















