Icma.az
close
up
RU
Təhsil və ailə: Uşaqların ailə dəstəyindən faydalanaraq uğur qazanması

Təhsil və ailə: Uşaqların ailə dəstəyindən faydalanaraq uğur qazanması

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 5 may, Tərgül Babayeva, AZƏRTAC

Müasir dünyada təhsilin fərdi və ictimai inkişaf üçün əsas prioritetlərdən biri olduğu artıq qəbul edilib. Lakin təkcə məktəb və müəllimlərin səyi ilə yüksək nəticələr əldə etmək bəzən mümkün olmur. Burada ailənin – uşağın ilk sosiallaşma mühiti və mənəvi dayağının rolu əvəzolunmazdır. Ailə yalnız övladının yemək, geyim və sığınacaq kimi fiziki ehtiyaclarını ödəyən bir institut deyil, həm də onun emosional, intellektual və sosial inkişafına yön verən ən mühüm təsir faktorudur. Uşağın uğurla məktəbə başlaması, dərslərə münasibəti, müəllimlərlə və həmyaşıdlarla ünsiyyəti ailədə aldığı ilk təlim və tərbiyənin davamıdır.

Araşdırmalar göstərir ki, ailə tərəfindən dəstəklənən uşaqlar təhsil həyatında daha motivasiyalı, özünə inamlı və məsuliyyətli olurlar. Əksinə, ailə mühitində diqqətdən kənarda qalan və ya psixoloji təzyiqlərə məruz qalan uşaqlar məktəbdə özlərini ifadə etməkdə çətinlik çəkir, sosial izolasiya yaşayır və dərs müvəffəqiyyətləri zəifləyir. Bu səbəbdən təhsilin keyfiyyəti ilə ailə dəstəyi arasında birbaşa əlaqə vardır.

Təhsildə uğur qazanan uşaqlar daha sonra əmək bazarına, ictimai həyata və ailə həyatına daha hazırlıqlı şəkildə daxil olurlar. Bu baxımdan ailə, təkcə uşağın bu günü üçün deyil, onun gələcəkdə formalaşacağı şəxsiyyət üçün də mühüm məsuliyyət daşıyır. Birləşmiş Millətlər Təşkilatının tövsiyələri də göstərir ki, hər bir uşağın inkişaf hüququnu reallaşdırmaq üçün ailə ilə dövlət və məktəb qurumları arasında sıx əməkdaşlıq vacibdir.

AZƏRTAC bu yazıda ailənin uşaqların təhsil və uğurlarında oynadığı rolu, ailə dəstəyi ilə uşağın inkişafı arasındakı əlaqəni təhlil edir.

Ailə münasibətləri və uşağın psixososial inkişafı

Sağlam ailə münasibətləri uşağın emosional və psixoloji inkişafında əsaslı rol oynayır. Güvən, sevgi, qarşılıqlı hörmət və qayğı mühiti olan ailədə böyüyən uşaq özünü dəyərli hiss edir. Belə bir mühitdə yetişən uşaqlar sosial baxımdan daha aktiv, təşəbbüskar və intellektual inkişaf baxımından daha açıq olurlar. Əksinə, ailə daxilindəki zorakılıq, laqeydlik, sevgi və diqqət əksikliyi uşağın özünəinam hissinin sarsılmasına, psixoloji travmalara və hətta aqressiv davranışlara səbəb ola bilər.

Araşdırmalar göstərir ki, uşağın erkən dövrdə yaşadığı ailə təcrübələri onun böyüyəndə formalaşacaq şəxsiyyətinə və sosial davranışlarına dərin iz buraxır. Sosial öyrənmə nəzəriyyəsinə əsasən, valideynlərin öz uşaqlarına qarşı davranışları onların gələcəkdə başqalarına qarşı münasibətlərində model rolunu oynayır. Əgər uşaq erkən yaşlarından pis rəftara məruz qalıbsa, gələcəkdə eyni davranışları başqalarına qarşı göstərmə ehtimalı artır. Ailədə baş verən itkilər, boşanmalar və ya münaqişələr isə uşağın emosional sabitliyini sarsıdaraq, onun akademik və sosial həyatına mənfi təsir göstərə bilər.

Ailənin məktəb uğuruna təsiri və gələcək həyat üçün rolu

Təhsil yalnız məktəbdə qazanılan biliklərlə məhdudlaşmır. Valideynin uşağa verdiyi dəstək, onun dərslərə münasibətindən tutmuş, gələcəyə olan baxışına qədər hər şeyi formalaşdırır. Ailədə müsbət təhsil mühiti yaradılarsa, yəni, uşaq motivasiya edilərsə, sorğulama və öyrənmə ruhu təşviq olunarsa, bu, onun məktəb müvəffəqiyyətinə bilavasitə təsir edir. Tədqiqatlar göstərir ki, valideynlərin təhsil prosesində aktiv iştirakı, övladlarının dərslərində daha uğurlu olmasına gətirib çıxarır.

Eyni zamanda, ailə uşağın gələcəkdəki peşə seçimindən tutmuş həyatdakı qərarlarına qədər bir sıra istiqamətləndirici funksiyalar yerinə yetirir. Uşaqlar ailədən aldıqları dəyərlərlə həyatda qarşılaşdıqları çətinlikləri aşmaq bacarığı qazanır və təhsil uğurunu daha da möhkəmləndirirlər. Ailə daxilində demokratik və sevgi dolu münasibətlər, uşağın məktəb uğurunun əsas meyarlarından biridir. Ailənin təhsildə rolu təkcə fərdi inkişaf deyil, həm də sosial ədalət və davamlı inkişaf baxımından həlledici əhəmiyyət daşıyır. Valideynlərin təhsilə verdiyi dəstək uşağın gələcək həyat keyfiyyətinə, əmək bazarındakı yerinə və cəmiyyətə faydalı bir fərd kimi formalaşmasına dərin təsir göstərir.

Nəticə etibarilə, ailə uşağın şəxsiyyətinin, psixoloji rifahının və təhsil uğurunun formalaşmasında əvəzolunmaz rola malikdir. Uşağın sağlam psixososial inkişafı və məktəbdəki nailiyyətləri birbaşa ailədə aldığı dəyərlər, gördüyü münasibət və qazandığı həyat təcrübələrindən asılıdır. Ona görə də valideynlərin övladlarına sadəcə maddi deyil, mənəvi və psixoloji dəstək göstərməsi həyati əhəmiyyət kəsb edir. Ailə təhsilin ilk dayaq nöqtəsidir və bu, nə qədər möhkəm olsa, uşağın gələcəyi də bir o qədər parlaq olar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri