Icma.az
close
up
RU
Ailə uşaqların xoşbəxtlik yuvası

Ailə uşaqların xoşbəxtlik yuvası

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Xoşbəxt ailə tabloları, gülümsəyən üzlər, gül dəstələri, sevgi etirafları... Ailə hər birimiz üçün fərqli mənalar daşısa da, bütövlükdə, önəmli ictimai dəyərdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də göstərildiyi kimi, ailə anlayışı qarşılıqlı məhəbbət, dostluq, hörmət, uşaqların tərbiyəsi, hərtərəfli inkişafı və xoşbəxtlik prinsiplərinə əsaslanır.

Ailə haqqında düşüncələr fərqli ola bilər, amma ümumilikdə cəmiyyətin özəyi olan bu vahidlər bir-birinə dəyər verən və ortaq həyatı paylaşan insanların birgə yaşayışıdır. 18 yaşa qədər olan uşaqların ailə anlayışı onların yaşı, psixoloji inkişaf səviyyəsi və ailə münasibətlərinin təsiri ilə dəyişir. Onlar üçün ailə təhlükəsizlik, sevgi, qayğı, başa düşülmə və dəstək məkandır.

Kiçikyaşlı uşaqlar ailəni bəsləmək, yemək, əzizlənmək kimi görürlər. Böyüdükcə onlar doğma və yaxınlarının davranışına, ailədaxili münasibətlərə daha düşünərək yanaşır, onlardan həssaslıq gözləyirlər. Bu baxımdan, bir şagirdin sosial şəbəkədə paylaşdığı və çoxlarının marağına səbəb olan “Mən telefon olmaq istəyirəm, onda valideyinlərim mənimlə daha çox vaxt keçirərlər” arzusu düşündürücüdür.

Belə hallar bir daha göstərir ki, uşaqların ailəyə baxışı yaş səviyyəsinə, yaşam tərzinə və ailədəki mühitə görə fərqlidir. Ailə onlar üçün düyğu-düşüncələrini bölüşdükləri, daim dəstək aldıqları doğma məkandır. Eyni zamanda, ailə uşaqların hər bir ehtiyaclarını qarşılayan, sevgi və əyləncə ilə dolu bir dünyadır.

Ailənin ağrıları və qayğıları

“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünəməxsus şəkildə bədbəxtdir". Lev Tolstoyun bu müdrik kəlamı xoşbəxtliyin təməlində oxşar dəyərlərin - ailə üzvlərinin bir-birinə olan qarşılıqlı sevgi, hörmət, güvən, anlayış, dəstək və səmimi ünsiyyətin dayandığını, bədbəxtliyin isə müxtəlif səbəblərdən yarandığını vurğulayır. Ailə üzvlərinin bir-birinə olan soyuq, kobud davranışı, fiziki və psixoloji zorakılıq, qorxu mühiti, maddi çətinliklər və bir çox problemlər ailənin möhkəmliyini zəiflədir.

İlk baxışdan bir çox ailələr xoşbəxt görünmək istəsələr də (sosial şəbəkələrdə gülümsər fotolar, birgə keçirilən tədbirlər, istedadlı uşaqlar), bəzən bu xoşbəxtlik illüziyasının altında dərin emosional boşluq, anlaşılmazlıq və daxili münaqişələr yatır. Belə “xoşbəxt” cütlüklər çox vaxt zorakılıqdan tutmuş maddi çətinliklərə qədər ciddi problemlərlə üzləşirlər. Daxildəki ziddiyyətlər isə həm böyüklərə, həm də uşaqlara mənfi təsir göstərir. Belə fəsadların yaranma səbəbləri bu gün hər kəsi narahat edir.

Çox vaxt ailələr daxildəki problemləri gizlətməyə çalışır, qınaqlardan və açıq danışmaqdan çəkinirlər. Səbəb isə boşanma, ailədəki mübahisə və ya psixoloji gərginlikləri hələ də bir çoxlarının ayıb və uğursuzluq kimi qiymətləndirməsidir. Nəticədə yaranan problemlərlə təkbaşına mübarizə aparmalı olurlar. Bu da ən çox uşaqlara təsir edir. Sağlam ailələrdən fərqli olaraq, sağlam görünməyə çalışan ailələrdə böyüyən uşaqlar ciddi fəsadlarla üzləşirlər.

Müasir psixologiya və ailə institutlarında aparılan elmi araşdırmalar göstərir ki, zahirən mükəmməl görünən ailələrdə belə, daxildə emosional repressiya, həddindən artıq nəzarət, empatiya çatışmazlığı halları uşaqların psixososial inkişafına mənfi təsir göstərir. Belə mühitdə böyüyən uşaqlar səmimi hisslərini gizlətməyə və ətrafdakılara uyğunlaşmağa məcbur olurlar.

Zahirən sağlam görünən ailə modelinin psixoloji sağlamlıqla eyni olmadığını sübut edən elmi dəlillər, ailədaxili münasibətlərdə emosional dürüstlük, empatiya və ünsiyyətin vacibliyini diqqətə çəkir. Beynəlxalq aləmdə bu istiqamətdə münasibət son illərdə ciddi şəkildə dəyişib. Bir sıra ölkələrdə uşağın yalnız fiziki deyil, emosional rifahı da qanunla qorunur.

Araşdırmalar göstərir ki, uşaqlara maddi və fiziki təminatla yanaşı, psixoloji dəstək də çox vacibdir. Məsələn, səssiz travmalar konsepsiyası (Silent Trauma) cavabsız qalan, dinlənilməyən, sevgi və dəstək görməyən uşaqların yaşadığı daxili zədələri nəzərdə tutur. Depressiya, həyəcan pozuntuları və özünə inamsızlıq kimi hallar münaqişəli ailələrdə daha çox müşahidə edilir. “Uşaqlara görə hər şeyə dözürəm”, “Əsas odur ki, ailəm dağılmasın” kimi fikirlər ailədaxili problemlərin çözümünü gecikdirir, insanları susmağa məcbur edir və münasibətlərdəki gərginliyi daha da artırır. Halbuki uşaqlar üçün vacib olan sağlam və səmimi bir mühitdə yaşamaqdır.

Ailədəki problemlərin etirafı zəiflik kimi deyil, əksinə, cəsarət və sağlam münasibətin möhkəmlənməsi kimi qəbul olunmalıdır. Psixoloji dəstək, səmimi ünsiyyət və düzgün yanaşma isə bu problemlərin həllində çox vacibdir. Təsəvvür edək ki, ailədə zorakılığa şahid olan bir uşaq kənardan sakit görünsə belə, daxilən böyük stres yaşayır. Bu uşaqlar aqressiv davranışlar nümayiş etdirə və ya əksinə, öz dünyalarına qapanaraq sosial çevrədən uzaqlaşa bilərlər. Bu susqunluq onlarda güvənsizlik və qorxu hissi formalaşdırır, təhsilinə, ünsiyyət qurmasına, eləcə də emosional inkişafına da ciddi təsir edir.

Gərginlik və münaqişə atmosferində böyüyən, real sevgidən, səmimiyyətdən və dürüst münasibətlərdən uzaq, eyni zamanda, müasir texnologiyaların, xüsusilə sosial medianın süni emosiyalar dünyasında yaşamağı öyrənən uşaqlar nəticədə gerçək həyatla virtual aləm arasında sərhədi ayırmaqda çətinlik çəkirlər. Belə olan halda, ailənin dəstəyi, nəzarəti vacib və əsasdır, çünki müasir dövrdə uşaqların inkişafında, sosiallaşmasında, sağlam münasibətlərin qurulmasında valideynlərin də rolu əvəzsizdir. Media da bu mövzulara daha açıq və anlayışlı yanaşmalı, qərəz və qınaqdan uzaq olmalıdır.

Xoşbəxtliyin təkcə görüntü deyil, səmimi münasibət və etibarlı dəstəyə söykəndiyi qəbul edilməlidir. Çünki xoşbəxtlik təqdim olunmalı bir obraz deyil, yaşanmalı bir dəyərdir.

Sevinc MƏMMƏDOVA,
BDU multimedia və elektron kommunikasiya kafedrasının dosenti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri