Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Təhsil və məzuniyyətin mənəvi dəyəri arxa plana keçir? EKSPERT AÇIQLADI

Təhsil və məzuniyyətin mənəvi dəyəri arxa plana keçir? EKSPERT AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“İnsan həyatının mərhələlərə bölünməsi şərti olsa da, ilk mərhələ – uşaqlıqdan yeniyetməliyə qədər olan dövr (təxminən 18–20 yaşa qədər) şəxsiyyətin formalaşmasında həlledici rol oynayır. Bu dövrdə fərd həm bioloji varlıq kimi inkişaf edir, həm psixoloji şəxsiyyət kimi formalaşır, həm də sosial mühitə uyğunlaşaraq cəmiyyətin üzvünə çevrilir. Məhz bu mərhələdə əldə olunan dəyərlər, dünyagörüşü və sosial davranış modelləri insanın gələcək həyat trayektoriyasını müəyyənləşdirir”.

Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

O bildirib ki, orta məktəbi bitirmə mərhələsi isə bu ilkin inkişaf dövrünün simvolik yekunu kimi çıxış edir:

“Son zəng” və məzun günü yalnız formal tədbir deyil, eyni zamanda fərdin uşaqlıqdan gəncliyə keçidini ifadə edən mühüm sosial və psixoloji hadisədir. Bu baxımdan, həmin gün bir növ həyatın ilk mərhələsinin “hesabatı” kimi dəyərləndirilə bilər.

Son illərdə məzun günü ilə bağlı artan xərclər ictimai müzakirə mövzusuna çevrilmişdir. Doğrudur, bəzi hallarda bu tədbirlərdə həddindən artıq maliyyə yükünün yaranması həm valideynlər, həm də məzunlar üçün çətinlik yaradır və sosial təzyiq formalaşdırır. Lakin digər tərəfdən, bu günü tamamilə sadələşdirmək və ya məhdudlaşdırmaq da onun sosial-psixoloji əhəmiyyətini azaltmaq riski daşıyır.

Dünya təcrübəsi göstərir ki, məzun günü bir çox ölkələrdə – istər Avropa ölkələrində, istərsə də inkişaf etmiş Asiya cəmiyyətlərində – gənclərin həyatında mühüm hadisə kimi qeyd olunur. Bu tədbirlərdə müxtəlif yaradıcı yanaşmalar, xatirə materialları (foto və video albomlar), hətta qısa sənədli formatlar geniş istifadə edilir. Məqsəd yalnız təntənə deyil, həm də kollektiv yaddaşın formalaşdırılması və sosial əlaqələrin gücləndirilməsidir.

Azərbaycan cəmiyyətində də məzun günü tədricən gənclərin sosiallaşması və özünüifadəsi baxımından əhəmiyyətli bir günə çevrilməkdədir. Bu tədbirlər, düzgün təşkil olunduğu halda, gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişafına, kollektiv dəyərlərin möhkəmlənməsinə və cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərə bilər.

Bu baxımdan, əsas məsələ məzun gününün mahiyyətini qorumaqla onun keçirilmə formasını optimallaşdırmaqdır. Yəni, həddindən artıq xərclərdən qaçaraq daha çox kreativ, sosial və inklüziv yanaşmaların tətbiqi məqsədəuyğun hesab olunur. Bu, həm sosial bərabərliyi qoruyar, həm də tədbirin mənəvi dəyərini ön plana çıxarar.

Nəticə etibarilə, məzun günü gənclərin həyatında mühüm keçid mərhələsi olmaqla yanaşı, onların sosiallaşması və cəmiyyətlə əlaqələrinin möhkəmlənməsi üçün əhəmiyyətli platformadır. Bu səbəbdən, onun qadağalar və məhdudiyyətlərlə deyil, balanslı və yaradıcı yanaşmalarla təşkili daha məqsədəuyğun hesab edilməlidir”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Aprel 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri