Icma.az
close
up
RU
Təhsil yox, telefon var: Qızlar da, oğlanlar da məktəbdən qaçır

Təhsil yox, telefon var: Qızlar da, oğlanlar da məktəbdən qaçır

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

 “Statistika kağız üzərindədir, siniflər isə boşdur"


Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan 9 yaşlı qızın zorakılığa məruz qalması ilə bağlı sosial mediada yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq doğurub. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal aidiyyəti qurumlarla birgə araşdırma aparıb. Araşdırmalar zamanı uşağın zorakılığa məruz qalmasına dair iddialar təsdiqini tapmasa da, onun təhsildən yayındırıldığı müəyyən olunub. 

Məlum olub ki, uşağın şəxsiyyətini təsdiq edən sənədi yoxdur və bu səbəbdən də o, məktəbə cəlb olunmayıb. Hazırda onun təhsilə qaytarılması və sənədlərinin rəsmiləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Bu hal bir daha göstərir ki, sənədsizlik yalnız hüquqi deyil, həm də sosial risklər doğurur və azyaşlıların inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırır.


Mövzu ilə bağlı Sherg.az-a danışan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib ki, bu, təhsildən yayındırılma ilə bağlı aşkarlanan tək hal deyil: 

“Azərbaycan məktəblərində təhsil davamiyyəti ilə bağlı ciddi problemlər var və bu, təkcə qız uşaqları ilə məhdudlaşmır. Əgər məktəblərdə real monitorinqlər aparılsa, aydın olar ki, sinif otaqları faktiki olaraq boşdur, oğlanlar da məktəbdən yayınır. Statistika kağız üzərində nəyisə göstərsə də, gerçək həyat başqa mənzərəni ortaya qoyur. Bu səbəbdən də biz yalnız rəqəmlərə deyil, reallığa əsaslanmalıyıq. Qız uşaqlarının təhsildən kənarda qalmasının başlıca səbəblərindən biri sosial-iqtisadi çətinliklərdir. Bəzi ailələr maddi vəziyyətin ağırlığına görə qızlarını məktəbə göndərmir, onları ev işlərinə cəlb edir, erkən yaşda ailə qurmağa sövq edirlər. Halbuki qanunvericilikdə erkən nikahın qarşısı alınmalı olduğu qeyd olunub. Ancaq bu halların qarşısı yalnız kağız üzərində deyil, praktiki müstəvidə alınmalıdır. Bu prosesdə yerli idarəetmə strukturları, bələdiyyələr aktiv rol oynamalı, məsuliyyət daşımalı və hər kənddə vəziyyətə nəzarət etməlidirlər. Sovet dövründə təhsil ən ucqar dağ kəndlərində belə təmin olunurdu. Bu nümunəni bugünkü şəraitə uyğunlaşdıraraq, yenidən həyata keçirmək mümkündür”.


N.Cəfəroğlunun fikrincə, sosial şəbəkələr, televiziya və medianın rolu bu məsələdə çox böyükdür. Bu mövzu geniş müzakirəyə çıxarılmalıdır: 

“Psixoloqlar, hüquqşünaslar, müəllimlər, həkimlər və vətəndaş cəmiyyəti nümayəndələri bu məsələnin müzakirəsində iştirak etməlidirlər. Çünki əgər bu gedişat davam edərsə, bir neçə ilə gənc nəslin 50 faizini itirmək təhlükəsi ilə üz-üzə qala bilərik – həm təhsil baxımından, həm də sosial tərbiyə nöqteyi-nəzərindən. Gənclərə baxırsan, 10 faizi bağlanıb, qalanı lütlənib.  Mədəni mühitin formalaşması üçün əvvəlki dövrlərdə kəndlərdə mövcud olan “Klub” mərkəzləri nümunə ola bilər. O zaman bu məkanlarda insanlar toplanar, filmlər izlənər, maarifləndirici tədbirlər keçirilərdi. Klub fəaliyyətləri təkcə əyləncə deyil, həm də maarifləndirici və peşəyönümlü dərnəklərlə zəngin idi. Bu dərnəklər gəncləri cəmiyyətə qazandırmaqda mühüm rol oynayırdı.İndi bilmirəm kənd məktəblərində belə klublar qalırmı?! Qaldırdığınız məsələ çox ciddi və əhəmiyyətlidir. Çox da iş görmək olar, təşəbbüsləri dəstəkləyən olsa! Bugünkü şəraitdə bu cür mədəni məkanların olmaması, gənclərin bütün gününü telefonda keçirməsinə səbəb olur. Halbuki dövlət proqramı çərçivəsində belə təşəbbüslər həyata keçirilsə, insanlar, xüsusilə də gənclər, bu, sosial asılılıqdan qopa bilər. Tərbiyəvi, yaradıcı və faydalı fəaliyyətlərlə məşğul olmaq üçün alternativlər yaradılmalıdır. Müəllimlər, yerli icmalar, bələdiyyələr, QHT-lər və jurnalistlər birlikdə işləsək, böyük nəticələr əldə edə bilərik. Təhsil və tərbiyə sahəsində aparılan bütün müsbət dəyişiklikləri işıqlandıraraq, həm maarifləndirici, həm də ictimai təzyiq vasitəsi kimi media gücündən istifadə edə bilərik. Baxın, görün nə gözəl olar!”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Avqust 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri