Icma.az
close
up
RU
Təhsildə fərqlilik və sosial ədalət: Repetitorlarla bağlı...

Təhsildə fərqlilik və sosial ədalət: Repetitorlarla bağlı...

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təhsildə keyfiyyət fərqləri - region və paytaxt məktəbləri, dövlət və özəl təhsil müəssisələri arasında - uzun illərdir sosial ədalət məsələsini gündəmə gətirir.

Bu fərqliliklər yalnız akademik nəticələrlə ölçülmür; onlar həm də uşaqların və gənclərin gələcək imkanlarına, sosial mobilizasiyasını təsir göstərir.

Suallar ortaya çıxır: ölkəmizdə təhsildə bərabər imkanlar təmin edilirmi? Repetitorluq sistemi sosial bərabərsizliyi artırırmı, yoxsa yalnız əlavə dəstək vasitəsidir? İslahatlar real nəticə verirmi, yoxsa yalnız gözləntilərlə qalır?

Bu mövzular həm valideynlər, həm müəllimlər, həm də siyasətçilər üçün aktuallığını qoruyur və gələcək təhsil siyasətinin istiqamətini müəyyənləşdirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, təhsildə keyfiyyət fərqləri regionlar, paytaxt və bölgə məktəbləri, həmçinin dövlət və özəl məktəblər arasında özünü göstərir. Ən yüksək nəticələr, adətən, özəl məktəblərdə və liseylərdə müşahidə olunur, onları dövlət liseyləri, paytaxt məktəbləri və sonda region məktəbləri izləyir.

"Bu fərqliliklərin əsas səbəbi yalnız tədris proqramı deyil, həm də məktəbəqədər təhsil və təhsil müəssisələrinin yerləşməsi ilə bağlıdır. Ən çox diqqəti isə paytaxt məktəbləri cəlb edir, çünki valideynlər və şagirdlər daha keyfiyyətli təhsil imkanlarını paytaxtda axtarırlar. Nəticədə müəyyən bir disbalans yaranır",- mütəxəssis bildirib.

Müsahibimiz onu da qeyd edib ki, əgər ölkəmizdə sosial təbəqələşmə müşahidə olunursa, bunu yalnız bizə xas bir problem kimi qiymətləndirmək düzgün olmaz. Onun sözlərinmə görə, dünyanın hər bir ölkəsində - istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə - bu cür fərqliliklər mövcuddur. Həmsöhbətimiz gələcəkdə bu fərqliliklərin daha da azalacağına ümid edir.

Elçin Əfəndi: 2-3 il sonra artıq həyata keçirilmiş islahatların real təsirlərini daha dəqiq qiymətləndirə biləcəyik

Repetitor sisteminə gəlincə, E.Əfəndi bununla bağlı qeyd edib ki, sosial bərabərsizliyi artıran əsas faktor repetitorluq deyil. Dediyinə görə, bu, daha çox məktəblərin yerləşməsi və bölgələrdə təhsil imkanlarının məhdudluğu ilə bağlıdır. Repetitor fəaliyyəti yalnız qiymət məsələsinə təsir göstərə bilər.

Həmsöhbətimiz bildirib kİ, paytaxt məktəblərində repetitorlar daha geniş imkanlarla hazırlıq təklif edir, bölgələrdə isə bu fəaliyyət daha məhduddur. Nəticədə paytaxt və bölgələr arasında təhsil resurslarının paylanmasında müəyyən fərqlilik yaranır.

Elçin Əfəndi onu da vurğulayıb ki, hazırda tədris prosesində müəyyən müsbət nəticələr hiss olunur, lakin əsas diqqət kurikulum sisteminin tətbiqindən sonra baş verən dəyişikliklərin uzunmüddətli təsirlərinə yönəldilib:

"Təxminimizə görə, bu dəyişikliklərin nəticələri 2027-2028-ci illərdə daha aydın görünəcək. Yəni, 2-3 il sonra islahatların real təsirlərini daha dəqiq qiymətləndirə biləcəyik".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Dekabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri