Icma.az
close
up
RU
Gələcək nəsil üçün: təhsildə rəqəmsal ədalət və bərabər imkanlar

Gələcək nəsil üçün: təhsildə rəqəmsal ədalət və bərabər imkanlar

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sentyabrın 12-də keçirilən “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” forumunda səslənən fikirlərdən biri təhsildə hələ də açıq qalan mühüm sualı gündəmə gətirdi: paytaxt və bölgələr arasında texnologiyaya çıxış imkanları niyə bərabər deyil? Bu bərabərsizlik nəinki şagirdlərin bilik qazanmasına, həm də onların gələcəkdə rəqabət qabiliyyətinə birbaşa təsir göstərir.

Bugünkü reallıq ondan ibarətdir ki, region məktəblərində təhsil mühiti rəqəmsal imkanlar baxımından hələ də arzuolunan səviyyədə deyil. İnternetə çıxışın məhdudluğu, müəllimlərin müasir texnologiyalardan istifadə bacarıqlarında boşluqlar və texniki dəstək mexanizmlərinin zəifliyi problemin daha da dərinləşməsinə gətirib çıxarır. Halbuki rəqəmsal savadlılıq artıq əlavə bacarıq yox, müasir dövrün əsas tələbi sayılır.

Məsələ burasındadır: təhsildə keyfiyyət artımından danışarkən regionlarda rəqəmsal bərabərliyi təmin etmədən hədəfə çatmaq mümkündürmü?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Fatma Yıldırım bildirib ki, forumda səslənən vacib məqam onu da ciddi düşündürüb. Deputatın sözlərinə görə, bölgələrdə müəllim və şagirdlərin texnologiyaya çıxış imkanları hələ də paytaxtla müqayisədə bərabər deyil və bu vəziyyət təhsilin keyfiyyətinə birbaşa təsir göstərir:

“Bölgələrdəki müəllim və şagirdlərin texnologiyaya çıxışı hələ də paytaxtla müqayisədə bərabər deyil. Bu isə, nəticə etibarilə, təhsilin keyfiyyətinə və gələcək nəslin imkanlarına birbaşa təsir göstərir”.

Fatma Yıldırım qeyd edib ki, təhsildə keyfiyyət artımından danışılırsa, ilk növbədə regionlarda bərabər təhsil mühitinin yaradılması əsas hədəf olmalıdır:

“Biz bu gün təhsildə keyfiyyətin artırılmasından danışırıqsa, ilk növbədə regionlarda təhsil mühitinin bərabərləşdirilməsi üzərində ciddi düşünməliyik. Xüsusilə də rəqəmsal imkanlara çıxış məsələsi artıq lüks deyil - bu, təhsildə ədalət və gələcəyə bərabər hazırlıq məsələsidir”.

Deputat çıxışında kənd məktəbləri üçün ayrıca dövlət proqramının vacibliyini də vurğulayıb:

“Mən təklif edirəm ki, 2026-cı il dövlət büdcəsində ayrıca məqsədli proqramla ‘Kənd məktəblərində minimum texnoloji təminat paketi’ formalaşdırılsın. Hər müəllim və hər 3-4 şagird üçün fərdi kompüter və ya planşet, yüksək sürətli internet, texniki dəstək komandaları və mütəmadi təlimlərlə müşayiət olunan davamlı sistem qurulsun”.

Fatma Yıldırım:  Biz müəllimlərimizi də bu mühitə hazırlamalıyıq

Onun sözlərinə görə, məqsəd sadəcə texniki vasitələrin paylanması deyil, həm də rəqəmsal düşüncə tərzinin formalaşdırılmasıdır:

“Burada məqsəd təkcə kompüter vermək deyil - rəqəmsal düşüncə tərzini formalaşdırmaqdır. Biz müəllimlərimizi də bu mühitə hazırlamalıyıq. Rəqəmsal savadlılıq artıq baza bacarığıdır - yazı və oxu qədər vacibdir”.

Həmsöhbətimiz hesab edir ki, bu istiqamətdə atılacaq addımlar Azərbaycanın texnoloji inkişaf yoluna töhfə verəcək:

“Bu təklif, əslində, yaşıl enerji və texnoloji keçid yolunu seçmiş Azərbaycanın gələcəyinə sərmayədir. Yəni biz regionlarda texnologiya ilə işləməyi bacaran bir nəsil yetişdirməliyik”.

Deputat, həmçinin Prezident İlham Əliyevin də təhsilə dair mövqeyini xatırladıb:

“Dövlətimizin başçısı dəfələrlə bildirib ki, təhsilə qoyulan sərmayə - ölkənin gələcəyinə qoyulan ən mühüm sərmayədir. Gəlin bu sərmayəni bölgələrdə daha güclü həyata keçirək”.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri