Icma.az
close
up
RU
Təhsildə innovativ həllərin təklifi yönündə keçirilən “EduHack 2025: Innovating the Future of Learning” hakatonuna start verilib

Təhsildə innovativ həllərin təklifi yönündə keçirilən “EduHack 2025: Innovating the Future of Learning” hakatonuna start verilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 aprel, AZƏRTAC

Bakı Avrasiya Universiteti (BAAU), Gənclər Fondu, Niğde Ömer Halisdemir Universiteti (NOHU), Məlhəm Beynəlxalq Hospitalının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) birgə təşkilatçılığı ilə "EduHack 2025: Innovating the Future of Learning" hakatonu aprelin 19-da start götürüb.

AZƏRTAC xəbər verir ki, Bakıda başlayan hakatonda Gənclər Fondu, ATGTİ və Məlhəm Hospitalın rəhbərliyi, BAAU, NOHU və TAU-nun akademik-inzibati heyət üzvləri və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb, sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqini BAAU-nun rektoru dosent Səyavuş Qasımov edib. O, tədbirin təşkilində tərəfdaşlıq edənlərə təşəkkürlərini bildirib və bu hakatonun tələbələrin öz bacarıq və səriştələrini göstərməsi üçün əhəmiyyətli bir platforma rolunu oynadığını vurğulayıb. Ənənəvi təhsil metodlarından innovativ təhsil metodlarına keçid istiqamətində gənclərdən parlaq ideyaların gələcəyini ümid etdiyini bildirən rektor Azərbaycanın 9 ali təhsil müəssisəsindən 12 komandanın hakatona iştirak hüququ qazandığını qeyd edib, iştirakçılara uğurlar arzulayıb.

Sonra Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov çıxış edərək gənclərə daim dövlətin xüsusi diqqət və qayğısının olduğunu bildirib. O tərəfdaş olduqlarına görə hakatonun təşkilatçılarına təşəkkürünü bildirərək təhsilin innovativ yöndə inkişafında gənclərin önəmli faktor olduğu diqqətə çatdırıb. Təşkil edilmiş hakatonun bu yöndə əhəmiyyətli olduğu qeyd edilib.

NOHU-nun rektoru professor Hasan Uslu tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirə biləcəyi bu cür tədbirlərdə iştirak etməkdən məmnun olduqlarını bildirib və Türkiyədə dövlət tərəfindən qəbul edilən innovativ layihələrin öncüsü olduqlarını vurğulayıb. Hakatonda iştirak edən komandalara öz layihələrini inkişaf etdirilməsi baxımından dəstəyin göstərilməsində hazır və maraqlı olduqlarını bildirib.

TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev çıxış edərək Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və bu hakatonun təşkilində qardaş ölkələrin nümayəndələrinin tərəfdaşlığını təqdirəlayiq bir addım olaraq qiymətləndirib. O, təhsil alanların bilik və bacarıqlarının innovativ yanaşmalarla inkişaf etdirilməsinin əhəmiyyətindən söhbət açıb. Rektor TAU-nun çətir universitet funksiyasını icra edərək iki qardaş ölkə arasındakı rolu haqqında məlumat verib.

Məlhəm Beynəlxalq Hospitalın icraçı direktoru Sevda Əlizadə çıxışında gənclərin təhsildə innovativ həllər təqdim etdiyi hakatona dəstək göstərməkdən məmnun olduqlarını bildirib. Yenilikçi və innovativ fikirlərə açıq olduqlarını bildirən icraçı direktor hospitalda müasir texnologiyaların tətbiqi, gənc kadrlara imkanların təqdim edilməsi və inkişafı üçün imkanlar yaradıldığını vurğulayıb.

ATGTİ-nin sədri Rəşad Zeynalov Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində ittifaqın aparıcı rol oynayan təşkilatlardan biri olduğunu, ölkədə keçirilən çoxsaylı tədbirlərdə təşkilatçılıqda tərəfdaş olduqlarını diqqətə çatdırıb. ATGTİ-nin BAAU ilə tərəfdaşlıq çərçivəsində keçirilən hakatonda iştirakından məmnunluğunu ifadə edərək iştirakçılara uğurlar arzulayıb.

Açılış nitqlərindən sonra, BAAU və Məlhəm Beynəlxalq Hospitalı haqqında təqdimat videoçarxları nümayiş etdirilib.

Sonra NOHU-nun Teknoparkının baş direktoru Rıfat Battaloğlu və Odlar Yurdu Universitetinin Startap və İnkibasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü spiker qismində çıxışlar ediblər.

Tədbirə Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında musiqi əsərləri sələndirilib.

Rəsmi hissə başa çatdıqdan sonra hakaton rəsmi olaraq start götürüb və tələbələr təhsilin inkişafı istiqamətində təqdim edilmiş məsələlər üzrə praktiki işlərə başlayıb. Hakaton aprelin 20-də BAAU-nun konfrans zalında davam edərək layihələrin təqdim olunması, qiymətləndirmə və qaliblərin mükafatlandırılması ilə yekunlaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri