Icma.az
close
up
RU
ADU “Future of Learning” forumuna ev sahibliyi edib

ADU “Future of Learning” forumuna ev sahibliyi edib

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyunun 21-də Azərbaycan Dillər Universitetində “Future of Learning” forumu baş tutub. Forum Azərbaycan Dillər Universiteti, Hədəf Liseyi – STARS Campus-u, Doğu Akdeniz Universiteti, EDUHEK (Education Technology and Consulting) və ELTA (English Language Teaching Assessment) təşkilatlarının birgə təşkilatçılığı, Hi Languages, e-School və Nəsibə Aydın Yıldızlar Məktəbinin tərəfdaşlığı ilə keçirilib.

525.az xəbər verir ki, forumda 350 nəfərdən çox iştirakçı olub. Təhsil sahəsində baş verən qlobal dəyişikliklər fonunda təşkil olunan tədbir müasir təhsil yeniliklərinin təqdimatı və beynəlxalq təcrübələrin paylaşılması baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Himnin musiqisini Hədəf Liseyinin balaca ifaçısı İnci Sadıqzadə səsləndirib. Açılış mərasimində Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıq, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və EDUCO Qrupun rəhbəri Ercüment Özayan açılış nitqi ilə çıxış ediblər.

Forumun əsas məqsədi iştirakçıları təhsildəki son innovasiyalar, xarici dilin tədrisində tətbiq olunan qabaqcıl metodlar və beynəlxalq proqramlarla bağlı məlumatlandırmaq, eyni zamanda müəllimlərin peşəkar inkişafına dəstək vermək olub. İkidilli tədris yanaşmaları, beynəlxalq imtahanların təşkili və beynəlxalq təhsil standartlarına uyğun metodların tətbiqi mövzularında geniş təcrübə mübadiləsi aparılıb.

Forumun hədəf auditoriyası ingilis dilində dərs deyən müəllimlər olsa da, tədbirdə digər fənn müəllimləri, məktəb rəhbərləri və təhsil sahəsində çalışan mütəxəssislər də fəal iştirak ediblər.

Forum çərçivəsində çıxış edən spikerlər arasında təhsil mütəxəssisi və BMT-nin Qlobal Məktəblər Proqramı üzrə mentor Burcu Önder Gürpınar, Avropa Azərbaycan Məktəbinin icraçı direktoru, Caucasus & Central Asia IB Assosiasiyasının sədri Francesco Banchini , Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov Ed.M., Doğu Akdeniz Universitetinin professoru Cavanşir Şibliyev, Hədəf Stars Campus-un icraçı direktoru və təhsil texnologiyaları üzrə mütəxəssis Şemsettin Beşer, Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Elnarə Tağıyeva, Azərbaycan Dillər Universitetinin baş müəllimi və beynəlxalq sertifikatlı təlimçi Aynur Əsgərzadə və IB təhsili üzrə təlimçi, PYP üzrə mütəxəssis və mentor Ebru Hezen yer alıblar.

Forum zamanı “İngilis dilinin tədrisində ikidilli təhsilin sehrli gücü”, “Rethink, Reform, Revolutionise”, “Cambridge Global Perspectives” kurikulumu çərçivəsində mədəniyyətlərarası bacarıqlar”, “Təhsildə süni intellekt”, “Süni intellektin xarici dil öyrənməyə təsiri”, “Beynəlxalq imtahanlar”, “Active Participation as a Catalyst for Effective English Language Acquisition” və “Dünyaya açılan siniflər: IB və beynəlxalq şüur” kimi aktual mövzularda təqdimatlar dinlənilib. Forum çərçivəsində təlim və təqdimatlar ingilis dilində aparılıb.

Forumda spikerlərin və iştirakçıların adından Qarabağ Universitetinin kitabxanasına kitab ianə ediləcəyi elan olunub. Bu mənəvi təşəbbüsə verdikləri töhfəyə görə spikerlərə təşəkkürnamələr təqdim olunub və onlara Qarabağla bağlı xatirə kitabı hədiyyə edilib.

Forum iştirakçılarına Hədəf Nəşrləri və Sinkod tərəfindən ingilis dilinin tədrisinə dair praktik vəsaitlər, metodik materiallar və dərsliklər hədiyyə olunub. Eyni zamanda, Naxçıvan Universiteti və Qarabağ Universitetinin müəllimləri, həmçinin Qazaxıstan və Qırğızıstandan onlayn formada qoşulan pedaqoji heyətin peşəkar inkişafını dəstəkləmək məqsədilə forumun onlayn iştirak imkanı onlara hədiyyə olaraq təqdim edilib. Bu təşəbbüs, təhsildə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

“Future of Learning” forumu təhsildə yenilikləri izləmək, beynəlxalq təcrübələri öyrənmək və bu təcrübələri praktikada tətbiq etmək istəyənlər üçün mühüm platformadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyun 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri