Icma.az
close
up
RU
“Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim müzakirə sessiyası KEÇİRİLDİ

“Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim müzakirə sessiyası KEÇİRİLDİ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim-müzakirə sessiyası keçirilib.

Redaktor.az xəbər verir ki, tədbiri giriş sözü ilə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev açaraq layihənin məqsədi, jurnalistlərin elm və təhsil sahəsində peşəkar biliklərinin artırılmasının əhəmiyyətindən bəhs edib.

Sessiya çərçivəsində Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsildə rəqəmsallaşma” mövzusunda təqdimatla çıxış edib. O, təhsil sistemində rəqəmsal transformasiya prosesi, həyata keçirilən layihələr, müasir texnologiyaların tətbiqi, qlobal tendensiyalar və gələcək inkişaf istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz rəqəmsal mühitdə media və təhsil sahəsində aktual çağırışlar, informasiya texnologiyalarının inkişafı və rəqəmsal savadlılığın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova isə elm və təhsil mövzularının mediada peşəkar, obyektiv və məsuliyyətli şəkildə işıqlandırılmasının, həmçinin jurnalistlərin sahəvi biliklərinin davamlı inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Təlim interaktiv müzakirələr şəraitində keçirilib. Media nümayəndələrinin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb, həmçinin qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi elm və təhsil mövzularını işıqlandıran media nümayəndələrinin sahəvi biliklərini zənginləşdirmək, peşəkar bacarıqlarının inkişafına dəstək vermək və ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməkdir.

Layihə çərçivəsində il ərzində jurnalistlər üçün ümumilikdə 10 interaktiv təlim-müzakirə sessiyası keçirilməsi nəzərdə tutulub. Növbəti sessiyalarda təhsilin iqtisadiyyatı, məktəbəqədər və ali təhsil, tədrisin məzmunu, yerli və beynəlxalq qiymətləndirmələr, elmi islahatlar, təhsildə keyfiyyət təminatı və elmi-pedaqoji jurnalistika kimi aktual mövzular müzakirə olunması planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 İyul 2026 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri