Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Təhsildə rəqəmsallaşma və çağdaş kadr hazırlığı

Təhsildə rəqəmsallaşma və çağdaş kadr hazırlığı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ADPU-nun Quba filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aytel Şeydayeva ilə söhbətimiz bu mövzunun aktuallığı və gerçəkləşməsi barədə oldu.

– Aytel xanım, ADPU-nun Quba filialı regionda təhsilin əlçatanlığını təmin etmək məqsədilə yaradılıb. Pedaqoji kollektiv bu mühüm vəzifənin öhdəsindən gələ bilirmi?

– Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı 35 il əvvəl yaradılıb və bu müddət ərzində Şimal bölgəsində minlərlə gəncin ali təhsil almaq arzusunu reallaşdırıb. Bu elm ocağında yüzlərlə müəllim, bacarıqlı təhsil təşkilatçısı hazırlanıb. Onların arasında tanınmış alimlər və dövlət qulluqçuları da az deyil.

Bu gün Quba filialı regionun intellektual və mədəni mərkəzlərindən biridir. Burada sağlam akademik mühit, fədakar professor-müəllim heyəti formalaşıb. Biz bu gün zamanın çağırışlarına, xüsusilə də rəqəmsal yeniliklərə, bütövlükdə, insan kapitalına önəm verən qabaqcıl təhsil ocağı imicini qazanmışıq. Təbii ki, əldə etdiyimiz uğurlarla qürur duyuruq, eyni zamanda, qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi naminə üzərimizə düşən məsulliyyət hissini də bir an unutmuruq.

– Təhsil prosesi daim yeniləşməyi tələb edir. Filialda tədrisin müasir, qabaqcıl modellərindən istifadə edilirmi?

– Müasir əmək bazarının tələb etdiyi analitik düşüncə, kommunikasiya, komanda işi və texnoloji savadlılıq və digər zəruri amillər Quba filialında da təhsil prosesinin ayrılmaz komponentinə çevrilib. Tələbələrin burada əldə etdikləri biliklər yalnız auditoriya ilə məhdudlaşmır, onlar elmi tədqiqatlara cəlb olunur, intellektual yarışlarda iştirak edir, layihələr hazırlayır, rəqəmsal bacarıqlarını inkişaf etdirirlər.

Filial hazırda 10 müxtəlif ixtisas üzrə hər il, təxminən, 250 plan yeri ilə region üçün peşəkar müəllim və mütəxəssislər hazırlayır. Onların sonrakı müstəqil əmək fəaliyyətlərində nailiyyətləri bizi çox sevindirir. Məzunlarımızın hər birinin uğur hekayələri barədə xoş sözlər eşidəndə qəlbimiz dağa dönür.

– Tələbələrin sərbəst elmi araşdırmalara münasibətləri necədir? Onları daha dərin biliklər almağa sövq edə bilirsinizmi?

– Bu istiqamətdə filialda davamlı işlər görülür. Elmi məqalələrin hazırlanması, beynəlxalq indeksli jurnallarda nəşrlərin artması, rəqəmsal kitabxana resurslarından istifadə, elektron elmi bazalarla işləmək bacarığı artıq gənc müəllim və tələbələrin gündəlik akademik həyatının ayrılmaz hissəsidir. Bütün bunlar istedadlı tələbələrin potensialını üzə çıxarmağa və daha da inkişaf etdirməyə şərait yaradır.

Fəxrlə deyə bilərəm ki, filialın direktoru, professor Yusif Alıyevin rəhbərliyi ilə tələbələrin elmi fəaliyyətini təşviq etmək üçün auditoriyadan laboratoriyaya, konfrans zalından beynəlxalq elmi bazalara qədər uzanan bütöv bir akademik ekosistem yaranıb.

– Müasir dönəmdə rəqəmsallaşmanın, innovativ tədris metodlarının tətbiqi hər təhsil ocağının qarşısında mühüm vəzifə kimi dayanır. Bu istiqamətdə hansı işlər görülür?

– Biz təhsilin rəqəmsallaşmasına böyük önəm veririk. Eyni zamanda, başa düşürük ki, rəqəmsal transformasiya müəllimin düşüncəsində, tələbənin tədqiqat mədəniyyətində, elmi fəaliyyətin təşkilində, idarəetmə proseslərinin şəffaflığında və universitet–cəmiyyət əməkdaşlığının yeni məzmun qazanmasında öz əksini tapır.

Bu baxımdan filialımızın son illər ərzində keçdiyi yol ölkənin rəqəmsal inkişaf prioritetlərinə uyğun olaraq elm, təhsil və insan kapitalının vəhdətini nümayiş etdirən uğurlu nümunələrdən biridir. Demək istədiyim budur ki, gələcəyin ən böyük sərvəti təbii ehtiyatlar deyil, rəqəmsal bacarıqlara malik, yüksək intellektli və yaradıcı insan kapitalıdır. Belə yanaşma bizim regionda təhsilin gələcəyinə olan strateji baxışımızdır.

– Yeni fikirlər, ideyalar heç vaxt asanlıqla özlərinə yol açmırlar. Klassik pedaqoji ənənələri müasir rəqəmsal yanaşmalarla birləşdirmək çətin deyil ki?

– Əlbəttə, həyatda asan heç nə yoxdur. Gərək hər bir məsələnin həllinə hərtərəfli, yaradıcı yanaşasan.

ADPU-nun Quba filialı son illərdə məhz bu çağırışlara uyğun inkişaf modelləri formalaşdıraraq klassik pedaqoji ənənələri müasir rəqəmsal yanaşmalarla uğurla birləşdirməyə çalışır.

Filialın inkişaf strategiyasının əsas dayaqlarından biri elmi-kadr potensialının sistemli şəkildə gücləndirilməsidir. Son 5 il ərzində doktorantura təhsilinə marağın artması, elmi dərəcə alan əməkdaşların sayının yüksəlməsi, müdafiəyə hazırlaşan gənc tədqiqatçıların çoxalması təsadüfi statistika deyil, məqsədyönlü elmi siyasətin nəticəsidir. Uğurlarımızı hər vəchlə artırmağa çalışırıq. Son illər pedaqogika, tarix, riyaziyyat və fizika istiqamətlərində aparılan tədqiqatlar filialın akademik nüfuzunu daha da möhkəmləndirib.

– Hər bir universitetin ən böyük sərvəti onun məzunlarıdır. Dünənin tələbələri, bugünün müxtəlif sahələrdə çalışan peşə sahiblərinin uğurları barədə nə deyə bilərsiniz?

– 35 ilin ən böyük uğuru məhz bu gün Azərbaycanın müxtəlif bölgələrində çalışan minlərlə müəllim, məktəb direktoru, alim, dövlət qulluqçuları, bir sözlə, ziyalılardır. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbinin direktoru, yubiley medallı təhsil təşkilatçısı Zamin Həziyev, “Hədəf” liseylərinin ümumi icraçı direktoru, metodik vəsait və dərslik müəllifi Nizami Hüseynov, gənc təşkilatçı, direktor müavini və riyaziyyat müəllimi Elməddin Şıxmuradov, Vətən müharibəsi qazisi və dövlət qulluqçusu Tural Oruczadə, dövlət qulluqçusu Gülər Vəlimuradova, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Tural Məmmədov kimi məzunlar filialın yetişdirdiyi insan kapitalının yalnız kiçik bir hissəsini təşkil edir.

Məzunların uğurları universitetin ən güclü reytinq göstəricisidir. Çünki cəmiyyət universitetləri, ilk növbədə, onların yetirdiyi insanlarla tanıyır. Bir müəllimin sinif otağında qazandığı uğur, bir direktorun məktəbdə yaratdığı mühit, bir alimin dəyərli elmi məqaləsi və ya bir dövlət qulluqçusunun peşəkarlığı həmin universitet haqqında formalaşan ictimai etimadın əsasını təşkil edir.

– ADPU-nun Quba filialının qarşıdakı illər üçün perspektivlərini necə dəyərləndirirsiniz?

– Rəqəmsallaşma ilə bağlı olaraq ölkəmizdə elm və təhsildə inqilabi dəyişikliklər baş verir. Biz bu çağırışları layiqincə qarşılaya bilsək, bunu həyata keçirəcəyimizə şübhə etmirəm, yaxın gələcəkdə daha böyük uğurlar əldə edəcəyik. Bəli, bu, bir həqiqətdir ki, rəqəmsallaşma dövründə universitetlərin gələcəyi onların dəyişikliklərə nə qədər çevik uyğunlaşmasından asılı olacaq.

Şəxsən mənim ən yaxın gələcək ilə bağlı qənaətim budur ki, süni intellekt, virtual laboratoriyalar, rəqəmsal pedaqogika və fərdiləşdirilmiş təhsil yaxın illərdə ali məktəblərin əsas inkişaf istiqamətlərinə çevriləcək. Qürur hissilə deyə bilərəm ki, ADPU-nun Quba filialı artıq bu proseslərin fəal iştirakçısıdır və əldə olunan nəticələr göstərir ki, kollektivimiz rəqəmsallaşan gələcəyin qabaqcıl universitet modelinə doğru inamla irəliləyir.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri