Icma.az
close
up
RU
Təhsildə rəqəmsallaşma və süni intellekt həlləri genişlənir

Təhsildə rəqəmsallaşma və süni intellekt həlləri genişlənir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

STEAM İnnovasiya Mərkəzində “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində “Təhsildə rəqəmsallaşma” mövzusunda təlim-müzakirə sessiyası keçirilib. Tədbirdə təhsil sahəsində rəqəmsal transformasiya, süni intellekt həllərinin tətbiqi və elektron təhsil xidmətlərinin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

XQ xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlamasında təhsil sahəsində rəqəmsal transformasiya istiqamətində görülən işlərdən və hədəflərdən danışıb.

V.Xanlarov bildirib ki, tədbirin əsas məqsədi təhsildə rəqəmsallaşma sahəsində həyata keçirilən layihələr, əldə olunan nəticələr və gələcək planlar barədə media nümayəndələrini məlumatlandırmaqdır. O qeyd edib ki, təhsil sistemində tətbiq olunan rəqəmsal həllər üzərində qurulan süni intellekt alətləri barədə də iştirakçılara ətraflı məlumat verilib.

İdarə rəisinin sözlərinə görə, 2025-ci ilin sentyabr ayından Bakı məktəblərində istifadəyə verilən “Rəqəmsal məktəb” platforması valideynləri, müəllimləri, şagirdləri və məktəb rəhbərlərini vahid rəqəmsal mühitdə birləşdirir. Platformada formalaşan məlumat bazası əsasında müxtəlif süni intellekt həlləri hazırlanaraq tətbiq edilir.

“2026-cı ilin fevral ayından etibarən müəllimlər üçün dərs planlarının hazırlanması və tədris prosesinin təşkili məqsədilə süni intellektəsaslı alətlər istifadəyə verilib. Tədris ilinin sonuna yaxın isə şagirdlər üçün süni intellektəsaslı mentor sistemi tətbiq olunub. Bu alətlər müəllim və şagirdlərin tədris prosesində daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradır”, – deyə V.Xanlarov vurğulayıb. O bildirib ki, növbəti tədris ilindən “Rəqəmsal məktəb” platformasının region məktəblərində də tətbiqi nəzərdə tutulur. Bununla da Bakı ilə yanaşı, bölgələrdə təhsil alan şagirdlər və müəllimlər də süni intellekt əsaslı rəqəmsal imkanlardan yararlana biləcəklər.

V.Xanlarov qeyd edib ki, platformanın əsas üstünlüklərindən biri məktəblərdə idarəetmə və kargüzarlıq proseslərinin elektron müstəviyə keçirilməsidir. Hazırda Bakı məktəblərində kağız jurnallardan istifadə dayandırılıb, qiymətləndirmə və digər qeydlər elektron jurnallarda aparılır. Məktəb rəhbərlərinin əmrləri də elektron sistem üzərindən rəsmiləşdirilir. Bu isə həm məlumatların daha səmərəli idarə olunmasına, həm də data əsaslı qərarların qəbuluna şərait yaradır.

İdarə rəisi təhsil sənədlərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlərə də toxunub. O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsil haqqında dövlət sənədləri mərhələli şəkildə yalnız elektron formada təqdim olunacaq. Bu sənədlərə ümumi təhsil attestatları, peşə təhsili üzrə sertifikatlar, eləcə də ali və orta ixtisas təhsili diplomları daxildir.

“Artıq ilk elektron diplom təqdim olunub. Yaxın günlərdə elektron diplom və attestatların “MyGov” platformasında da əlçatanlığı təmin ediləcək. Təhsil müəssisəsi məzun haqqında məlumatları sistemdə təsdiqlədikdən sonra elektron sənəd avtomatik formalaşacaq. Bu, sənədlərin operativ təqdim olunmasına və onların elektron qaydada yoxlanılmasına imkan yaradacaq”, – deyə V.Xanlarov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri