Icma.az
close
up
RU
Təhsildə vahidlik ənənəsi ŞƏRH

Təhsildə vahidlik ənənəsi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Təhsilalanlar və təhsilverənlər üçün geyim tələbləri qanunvericiliklə müəyyənləşdirilir
Təhsil yalnız bilik və bacarıqların mənimsədilməsi ilə məhdudlaşmır. Məktəb eyni zamanda şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərə hörmətin, intizamın, məsuliyyətin və qarşılıqlı ehtiramın aşılandığı mühüm ictimai mühitdir. Bu baxımdan, dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarına riayət olunması təhsil prosesinin təşkilinin, məktəb mədəniyyətinin və vahid təhsil mühitinin formalaşdırılmasının əhəmiyyətli istiqamətlərindən biridir.
Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim forması ilə bağlı tələblər mövcud qanunvericilik əsasında tənzimlənir. 2026-cı ildə bu sahədə qanunvericiliyə edilən dəyişikliklər isə həm şagirdlərin, həm də müəllimlərin geyimi ilə bağlı məsələlərin hüquqi çərçivəsini daha da dəqiqləşdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2026-cı il tarixində imzaladığı “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunla dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinə riayət olunması hüquqi baxımdan təsbit edilib. Qanuna əsasən, təhsilalanlar və təhsilverənlər müəyyən edilmiş geyim tələblərinə əməl etməlidirlər. Eyni zamanda, təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi müvafiq dövlət orqanının səlahiyyətinə aid edilib.
Bu dəyişiklik məktəb mühitində geyim məsələsinin yalnız şəxsi seçim çərçivəsində deyil, həm də təhsil müəssisəsinin daxili nizamı və ümumi təhsil sisteminin tələbləri kontekstində nəzərdən keçirildiyini göstərir. .
2026-cı il 22 iyul tarixli Prezident Fərmanı ilə Nazirlər Kabinetinə müəllimlər üçün geyim tələblərinin təsdiq edilməsi və şagirdlərin geyim formalarına dair mövcud qaydaların təkmilləşdirilməsi tapşırılıb. Bu istiqamətdə atılan addımların məqsədi məktəblərdə geyim məsələlərinin daha aydın və vahid hüquqi əsaslarla tənzimlənməsidir.
Məktəbli forması təhsilalanların məktəbə məxsusluq hissini gücləndirən, təhsil müəssisəsində vahid mühitin formalaşmasına xidmət edən amillərdən biridir. Geyim qaydalarının tətbiqi şagirdlər arasında zahiri görünüşə görə fərqləndirmənin azaldılmasına, diqqətin təhsilə və şəxsi inkişafın əsas istiqamətlərinə yönəldilməsinə də töhfə verə bilər.
Dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş təsvirlərə əsaslanır. Bu sahədə qaydaların müəyyənləşdirilməsi məktəblərin vahid yanaşma əsasında fəaliyyət göstərməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, geyim qaydalarının tətbiqi zamanı şagirdlərin yaş xüsusiyyətləri, rahatlığı və təhsil prosesində sərbəst iştirakı da nəzərə alınmalıdır.
Valideynlərin üzərinə düşən əsas vəzifələrdən biri uşaqlarının müəyyən edilmiş geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etməkdir. Bu məsuliyyət məktəb və ailə arasında əməkdaşlığın əhəmiyyətini bir daha ön plana çıxarır. Məktəb rəhbərliyi, müəllimlər və valideynlər arasında qarşılıqlı anlaşma olduqda qaydaların tətbiqi də daha səmərəli təşkil edilir.
Müəllim məktəbdə yalnız bilik verən şəxs deyil, həm də davranışı, ünsiyyəti, məsuliyyəti və şəxsi nümunəsi ilə şagirdlərin formalaşmasına təsir göstərən pedaqoji simadır. Bu səbəbdən təhsilverənlərin geyimi peşəkar fəaliyyətin xüsusiyyətlərinə və təhsil mühitinin xarakterinə uyğun olmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq edilib. Bu qərar müəllimlərin geyim məsələsinin ayrıca normativ çərçivədə tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müəllimin geyimi ilk növbədə səliqəli, təmkinli və pedaqoji fəaliyyətə uyğun olmalı, məktəbin nüfuzuna və təhsil mühitinin ciddiliyinə xələl gətirməməlidir. Bununla belə, geyimlə bağlı tələblərin mahiyyəti müəllimin fərdi ləyaqətinə hörmət, peşəkar fəaliyyətinə uyğunluq və aydın müəyyən edilmiş qaydaların tətbiqi prinsipləri ilə uzlaşmalıdır.
Məktəb, ailə və cəmiyyətin ortaq məsuliyyəti
Geyim qaydalarının uğurlu tətbiqi yalnız normativ sənədlərin qəbul edilməsi ilə yekunlaşmır. Bu prosesin səmərəliliyi məktəb rəhbərliyinin düzgün təşkilatçılığından, müəllimlərin məsuliyyətindən, valideynlərin dəstəyindən və şagirdlərin qaydaların mahiyyətini anlamasından asılıdır.
Məktəb mühitində tələbkarlıqla yanaşı, izah və maarifləndirməyə də üstünlük verilməlidir. Uşaqlara geyim qaydalarının məqsədi aydın şəkildə izah olunmalı, onlarda intizamın və ictimai məsuliyyətin mahiyyəti barədə düzgün təsəvvür formalaşdırılmalıdır. Qaydaların tətbiqi zamanı ayrı-seçkiliyə yol verilməməsi, şagirdlərin hüquq və ləyaqətinin qorunması da xüsusi əhəmiyyət daşıyır.
Nəticə etibarilə, dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblər məktəb mədəniyyətinin, intizamın və vahid təhsil mühitinin möhkəmləndirilməsinə xidmət edir. Bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması təhsil müəssisələrinin fəaliyyətində nizamlılığın təmin edilməsi ilə yanaşı, məktəb və ailə arasında məsuliyyətli əməkdaşlığın inkişafına da şərait yaradır.
Unutmaq olmaz ki, məktəbin əsas məqsədi hərtərəfli inkişaf etmiş, savadlı, məsuliyyətli və milli-mənəvi dəyərlərə hörmət edən şəxsiyyət yetişdirməkdir. Geyim qaydaları isə bu böyük məqsədə xidmət edən ümumi məktəb mədəniyyətinin tərkib hissələrindən biridir.

Kamran Əmirov

YAP Qusar rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri