Təhsildə yeni düşmən Bu texnologiya şagirdləri tənbəlləşdirir: AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Müasir dövr insanı üçün ən böyük nailiyyətlərdən biri süni intellektdir. Bu texnologiya həyatımızı asanlaşdırmaqla yanaşı, ciddi problemləri də ortaya çıxara bilər. Məsələn, hazırda şagirdlər və tələbələr süni intellektdən istifadə edərək inşa və sərbəst işlərini yazırlar.
Bəs, bu, gənclərin düşünmə və təhlil qabiliyyətinə necə təsir edir?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, müasir dövrdə insanın əldə etdiyi ən böyük uğurlardan biri süni intellekt olsa da, onun həm müsbət, həm də mənfi tərəfləri mövcuddur.
Deputat bildirib ki, bu proses ya bizim xeyrimizə, ya da əleyhimizə işləyə bilər və onun xeyrimizə işləməsi üçün biz üzərində çalışmalıyıq:
"Təəssüf ki, hazırda əksər hallarda şagirdlər inşa və yazılarında, tələbələr isə sərbəst işlərdə süni intellektdən geniş istifadə edirlər. Hesab edirəm ki, süni intellektdən düzgün istifadə edilmədiyi halda, ən böyük problemlərdən biri insan əqlinin və düşünmə qabiliyyətinin zəifləməsi olacaq. Bu, insanın təhlil etmək bacarığını mərhələli şəkildə itirməsinə və düşüncədən uzaqlaşmasına səbəb ola bilər ki, bu da ciddi problemə çevrilir".
Ceyhun Məmmədov bildirib ki, bu məsələnin əsas narahatlığı odur ki, düşünmə qabiliyyətinin azalmasına və sıradan çıxmasına gətirib çıxara bilər:
"Mən düşünürəm ki, həm universitetlər, həm də ailələr bu mövzuda gənclərlə davamlı işləməli, geniş maarifləndirmə və təbliğat aparmalıdır. Gənclərə süni intellektin mahiyyəti və onun yaratdığı problemlər aydın şəkildə izah olunmalıdır. Çünki bu, gələcəkdə ciddi bir problemə çevrilə biləcək məsələdir".
O, qeyd edib ki, gənclərin sürətlə bu prosesə qoşulması, onların təsir altına düşməsi ehtimalını artırır. Ona görə də mexanizmlər hazırlanmalı və gənclərin düşünmə qabiliyyətlərini itirməməsi təmin olunmalıdır".
Deputatın fikrincə, bu halda, qeyd etdiyimiz kimi, gələcəkdə gənclərin kütləvi şəkildə süni intellektin təsirinə düşməsinə şahid ola bilərik ki, bu da ciddi narahatlıq doğurur.
Qeyd edək ki, süni intellekt böyük imkanlar yaratsa da, onun düzgün istifadə olunmaması gənclərin düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Təhsildə əlçatanlıq artır, amma... Deputatdan AÇIQLAMA
06 Yanvar 2026 17:01
Repititor hazırlığı şagirdləri məktəb dərslərindən uzaqlaşdırır AÇIQLAMA
13 Dekabr 2024 17:55
Ali təhsildə yeni məzmunlu təhsil necə formalaşacaq? Mühüm AÇIQLAMA
27 Noyabr 2024 09:00
Ali təhsildə yeni məzmunlu proqram necə formalaşacaq? Mühüm AÇIQLAMA
27 Noyabr 2024 09:06
İmtahanlarda bu sualların sayının artması, şagirdləri çətin vəziyyətə salacaq Ekspertdən AÇIQLAMA
13 Yanvar 2025 18:56
Baxış sayı:103
Bu xəbər 20 Yanvar 2026 22:37 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları