Icma.az
close
up
RU
Təhsilimizi kim xilas etsin?

Təhsilimizi kim xilas etsin?

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə istifadəçi sual verir: ” Təhsil sistemində hansı boşluqlar var və bunları necə həll etmək olar?”

Bu sual təbiidir və vətəndaşın təhsildəki durumdan keçirdiyi narahatlıqla əlaqədardır. Amma bu sualın cavabı Feysbukda axtarılmalı deyil. Feysbuk belə ciddi məsələlərin müzakirə platforması deyil axı.

Bu suala belə bir cavab yazdıq: “Bu sualın cavabı dövlətin təhsil siyasətinin tərkib hissəsidir. Bu məqsədlə dövlət ETN adlı bir nazirlik yaradıb və ona hər il 5 milyard manat büdcə ayırır. Əlavə olaraq dövlət ETN-nin tərkibində 4-5 Agentlik (MÜTDA, EATDA, PTDA, TKTDA v.s.), 1 tədqiqat insitutu (ARTİ), 1 Fond (TİF) və 51 universitet (hansındakı hər il təhsilə dair sistemli tədqiqatlar aparılmalı idi), AMEA-nın ETN-ə qoşulmuş 30-40 tədqiqat institutu da yaradıb.

Bütün bunlar azmış kimi bu suala cavab tapmaq üçün ildə bir neçə dəfə ETN qrant layihələri verir (hansının ki, heç bir səmərəsi yoxdur), əlavə olaraq ETN-nin ictimaiyyətdən gizli saxladığı xeyli “möhtəşəm layihələr” maliyyələşir (hansının ki, nə vaxt, harda, kim, necə icra etdiyini, nə nəticələr verdiyini cəmiyyət heç vaxt bilmir). Təhsil cəmiyyəti bir onu bilirik ki, nazir təcrübəsiz vaxtlarında özünü itirib, parlamentdə hesabat verərkən demişdi ki, biz təhsilə dair ildə 700-ə yaxın layihə icra edirik və buna 600 milyon manata yaxın pul sərf edirik. Amma təcrübə qazanandan sonra daha bu haqda susmağa üstünlük verdi.

Nə qədər ki, ETN dövlətin ona ayırdığı bu resurslardan dövlət maraqları, ictimai mənafe, insan kapitalının inkişafı üçün yox, ayrı-ayrı menecerlərin mənafeyi üçün istifadə edəcək, təhsildəki tənəzzül də bir o qədər davam edəcəkdir.

Amma təhsil menecerləri ölkə prezidentinin təhsil sistemi qarşısında qoyduğu mühüm vəzifələri (insan kapitalının formalaşması) və ETN-nin bu vəzifələri yerinə yetirə bilmədiyi halda ölkənin postneft dövründə ağır duruma düşəcəyi haqda xəbərdarlığını bir an da olsa unutmamalıdırlar. O mərhələyə isə çox az qalıbdır.

Dosent İlham Əhmədov 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Fevral 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see349

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see295

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see285

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see265

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see264

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see253

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see239

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see222

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see219

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see215

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see193

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see183

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see174

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see172

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri