Icma.az
close
up
RU
Təhsilimizin ləhcəsi: uşaqlarımıza hansı rayonun şivəsində dərs veriləcək?

Təhsilimizin ləhcəsi: uşaqlarımıza hansı rayonun şivəsində dərs veriləcək?

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllim olmaq istəyənlər ali məktəb oxuyublar, özləri demişkən, bal da yığıblar, savadları da var, amma işləməyə məktəb tapmırlar. Hazırda vakant yer davası gedir.

Məktəb yox-a, məytəp. 

Dünəndən bəri vakant yer üçün Təhsil Nazirliyi ilə davaya çıxan, yəni uşaqlarımıza dərs demək, təhsil vermək, onları savadlı etmək iddiasında olanların çıxışlarını izlədim sosial şəbəkələrdən. Həyəcanlıdılar, ona söz yox. Üstəlik kamera qarşısında olanda da təbii ki, cümlələrində mübtədanın, xəbərin yeri dəyişik düşə bilər. Buna söz qoşmuram. Amma o ləhcə nədir? Ləhcəli müəllim olarmı?

İstəyirəm, nazirliyə deyim ki, müəllim olmaq istəyənlərin imtahan, sertifikasiya, daha nə bilim, başqa hansı sınaqları varsa, oraya müsahibələr də salınsın. Müəllim iddiasına düşənlərin bir ağzını arasınlar görək, onlar hansı bölgənin ləhcəsində danışırlar?

Yer davası döyənlərin etiraz aksiyasındakı çıxışlarından bəzi cümlələri seçmişəm sizinçün.

Baxın:

- bu günlərim bizə 5-6 vakant yer veriplər;

- deyirlər ki, sizin saatlaraaazıı başqa müəllimlərə verəjəylər;

- 14 yer, yani heş nə bir şeydi daaa;

- Gənjə, Geranbooyy, vakant çıxarmayıpdılar;

- məytəplərlə maraqlanmuşuk, onlara yerlər verilipdir.

Biz mediada, ictimai ortamlarda Azərbaycan dilinin şivəsiz, dialektsiz, təmiz istifadəsini hər zaman tələb edirik də, bəs müəllimləri necə öyrədək?

Onlar ali məktəb oxuyur, imtahan verir, sonra yenə özlərinə müəllim tutub sertifikasiyadan keçir, amma içindəki ləhcədən azad ola bilmir ki, bilmir. 

Elə bilirsiniz, onların dilinin ləhcəsi ailə ilə bağlıdı? Xeyr. Bu ləhcə onlara da məktəbdən gəlib. Sonra rus sektorunu bəyənmirsiniz. Mən hələ ləhcəli rus dili müəlliməsi görməmişəm indiyə qədər. Amma Azərbaycan dili üzrə ibtidai siniflər yaşlı, yaxud gənc, fərqi etmir, əsasən, ləhcəli müəllimlərdən ibarətdi.

Nə bilim.

Zülfiyyə Mustafayeva
Mia.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Avqust 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri