Icma.az
close
up
RU
Təhsilimizin əsasında nizam intizam və məsuliyyət dayanır

Təhsilimizin əsasında nizam intizam və məsuliyyət dayanır

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi məktəb mədəniyyətinin, nizam-intizamın və peşə etikasının mühüm göstəricilərindən biridir. Geyim həm də təhsil mühitinə münasibəti, məsuliyyət hissini və ümumi davranış mədəniyyətini ifadə edən amildir. Bu baxımdan, məktəblərdə geyim qaydalarına əməl olunması sağlam, təhlükəsiz, nizamlı və qarşılıqlı hörmətə əsaslanan təhsil mühitinin formalaşdırılmasında xüsusi əhəmiyyət daşıyır.

Məktəbli geyimi təhsilalanlar arasında vahidlik və bərabərlik hissinin gücləndirilməsinə, diqqətin zahiri fərqlərdən təlim-tərbiyə prosesinə yönəldilməsinə xidmət edir. Səliqəli və məktəb qaydalarına uyğun geyim şagirdlərdə məsuliyyət, özünənəzarət və kollektivə mənsubiyyət hissini inkişaf etdirir. Eyni zamanda, geyim qaydalarına riayət etmək uşaqlara ictimai normalara hörmətlə yanaşmağı, üzərlərinə düşən vəzifələri dərk etməyi və gündəlik həyatlarında intizamlı olmağı öyrədir.

Təhsilalanların geyimi təmiz, səliqəli, rahat və müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Geyim seçilərkən şagirdlərin yaş xüsusiyyətləri, sağlamlığı, təhlükəsizliyi və mövsümi şərait nəzərə alınmalıdır. Məktəbli formasına dair tələblər qanunvericiliyə və müvafiq qaydalara uyğun tətbiq edilməli, onların mahiyyəti şagirdlərə və valideynlərə aydın şəkildə izah olunmalıdır. Bu prosesdə əsas məqsəd yalnız qaydalara formal riayət olunmasına nail olmaq deyil, şagirdlərdə məktəb mədəniyyətinə şüurlu münasibət formalaşdırmaqdır.

Təhsilverənlərin geyimi də məktəbin ümumi nüfuzuna və pedaqoji mühitin keyfiyyətinə təsir göstərən amillərdəndir. Müəllim şagirdlər üçün bilik mənbəyi olmaqla yanaşı, davranışı, ünsiyyət mədəniyyəti və şəxsi nümunəsi ilə də tərbiyəvi təsir göstərir. Buna görə də təhsilverənlərin geyimi səliqəli, təmiz, işgüzar mühitə və pedaqoji fəaliyyətin xüsusiyyətlərinə uyğun olmalıdır. Peşəkar görünüş müəllimin nüfuzunu tamamlayan, onun məsuliyyətini və təhsil prosesinə hörmətini ifadə edən xüsusiyyətlərdən biridir.

Geyim qaydalarının tətbiqində məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və təhsilalanların üzərinə mühüm vəzifələr düşür. Məktəb rəhbərliyi qaydaların düzgün izahını və ardıcıl tətbiqini təmin etməli, müəllimlər şagirdlərə şəxsi nümunə göstərməli, valideynlər isə övladlarının məktəbli geyiminə diqqətlə yanaşmalıdırlar. Şagirdlər də məktəbin daxili nizam-intizam qaydalarına əməl etməyin ümumi təhsil mühitinə hörmətin ifadəsi olduğunu dərk etməlidirlər.

Məktəb geyimi ilə bağlı tələblərə əməl etmək hər bir təhsil iştirakçısının ortaq məsuliyyətidir. Gəlin, məktəbli geyiminə sadəcə gündəlik geyim kimi deyil, təhsilə hörmətin, intizamın və vahid məktəb dəyərlərinin ifadəsi kimi yanaşaq. Şagirdləri qaydalara əməl etməyə təşviq edək, müəllimlərimizlə nümunə göstərək, valideynlərimizlə əməkdaşlığı gücləndirək. Hər birimiz məktəb mədəniyyətinin qorunmasına öz töhfəmizi verək.

Eyni zamanda, təhsil mühitində mövcud olan məsələlərdən sui-istifadə edərək cəmiyyətdə narazılıq yaratmağa, ictimai sabitliyə xələl gətirməyə və təhsil sisteminə olan etimadı zəiflətməyə çalışan hər hansı qüvvələrin mümkün təxribat cəhdlərinə qarşı diqqətli və prinsipial mövqe nümayiş etdirilməlidir. Təhsilimizin nüfuzunun qorunması, məktəblərimizdə sağlam mənəvi-psixoloji mühitin təmin olunması və müəyyən edilmiş qaydaların düzgün tətbiqi hər birimizin ortaq məsuliyyətidir. Bu məsələdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və ictimaiyyət həmrəylik göstərməli, emosiyalara və əsassız məlumatlara deyil, qanunvericiliyə, sağlam düşüncəyə və qarşılıqlı hörmətə əsaslanmalıdırlar. Təhsilimizin hədəfə çevrilməsinə, məktəblərdə süni qarşıdurma yaradılmasına və mövcud məsələlərdən təxribat məqsədilə istifadə edilməsinə yol verilməməlidir. Unutmayaq ki, təhsilimizin qorunması, milli birliyimizin möhkəmləndirilməsi və gələcəyimizin etibarlı təminatı hamımızın birgə məsuliyyətidir.

 

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Oktyabr 2026 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri