Icma.az
close
up
RU
Təhsilin gələcəyi “TəhsildəSƏN 5” forumunda müzakirə olundu

Təhsilin gələcəyi “TəhsildəSƏN 5” forumunda müzakirə olundu

Icma.az, Tribuna saytına istinadən bildirir.

12 Oktyabr tarixində ölkəmizdə ildə 2 dəfə olaraq təşkil olunan və bütün təhsil sektorunu əhatələyən “TəhsildəSƏN 5” adlı forum keçirilib.

Tribunainfo.az xəbər verir ki, artıq 5-ci dəfədir ki, təşkil olunan forumda həm dövlət, həm də özəl sektordan 15 Spiker öz təcrübələrini və yanaşmalarını 250-yə yaxın forum iştirakçısı ilə bölüşüb.

Açılış nitqi ilə Azərbaycan Respublikası Milli Məclisinin 6-cı və 7-ci çağırış deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov foruma başlayaraq tədbirin əhəmiyyətini və təşkilatçılığın peşəkarlığını vurğulayıb.

Daha sonra Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət bəy Əlizadə, Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı Departamentinin Peşə hazırlığının təşkili şöbəsinin müdiri Fərid bəy Həsənov, Tələbə Təhsil Kredit Fondunun mütəxəssisi Aygün Məmmədzadə çıxış edərək forumun devizi olan Təhsildə dəyərlər və eləcə də təmsil etdikləri qurumların Təhsildə dəyər yaratmaq üçün gördükləri işlər haqqında məlumat veriblər.

Forum 2 hissədən ibarət olub. Əsasən iştirakçıların bir-biri ilə sərbəst ünsiyyəti və yeni əlaqələrin qurulması üçün şərait yaradıb. Peşə Təhsili, Beynəlxalq İmtahanlar, ixtisas seçimi, məktəbəqədər və ibtidai təhsil, Xaricdə Təhsil, xarici dil biliyi, inklüziv təhsil, emosional zəka və digər mövzular haqqında spikerlərin fikirlərini dinləyən forum iştirakçıları forumun sonunda sertifikat əldə edibilər.
“World” Karyera və Peşə Mərkəzi tərəfindən təşkil olunan forumda bu vaxta qədər 2200-dən çox iştirak, 150-dən çox təhsil şirkəti və 90-dan çox Spiker iştirak etmişdir. Forumun məqsədi Təhsilin və Maariflənmənin önəmini vurğulamaq, təhsil şirkətlərini peşəkar şəkildə tanıtmaq, dövlət və özəl sektor arasında əməkdaşlıqları genişlətmək, eləcə də sektorun inkişafına şərait yaratmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri