Icma.az
close
up
RU
Təhsilin zülmətinə doğru...

Təhsilin zülmətinə doğru...

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Sosioloq Naomi Klyayn özünün məşhur "Şok doktrinası” kitabında 2005-ci ildə ABŞ-ın Yeni Orlean şəhərində baş vermiş dəhşətli "Katrina” qasırğası ilə bağlı maraqlı bir epizodu təsvir edir.

Qasırğadan bir qədər sonra neoliberalların patriarxı, 93 yaşlı Milton Fridman Wall Street Journal-da məqalə yazaraq fəlakətin kapitalizm üçün necə yeni imkanlar açdığını tərifləyir. "Yeni Orleanda məktəblər və orada oxuyan şagirdlərin evləri dağılıb. Bu, faciədir. Eyni zamanda da böyük imkanlardır”, - Fridman yazır.

Fridman nə təklif edir? Yeni Orleanda pulsuz məktəb təhsili sisteminin bərpasına milyardlarla dollar xərcləmək əvəzinə, dövlət məktəblilərin ailələrinə vauçerlər versin və şagirdlər şəxsi təhsil müəssisələrində oxumağa məcbur olsun. Yəni, dövlət məktəbləri biznes mərkəzlər kimi fəaliyyət göstərən şəxsi təhsil müəssisələri ilə əvəzlənsin.

Maraqlıdır ki, facəidən 20 ay sonra belə evlər, enerji təminatı və infrastukturlar tısbağa sürəti ilə bərpa olunduğu halda, Yeni Orleanın məktəb sisteminin hərraca çıxarılıb satılması əsl hərbi dəqiqlik və sürətlə həyata keçirildi. Əhalinin çoxu hələ də sığınacaqlarda yaşayırdı, ancaq pulsuz təhsil sistemi tamamilə şəxsi məktəblərlə əvəzlənmişdi.

Elə həmin vaxt ABŞ sahibkarlıq institutu Fridmanın ardınca fəxrlə bildirirdi: Luiziana ştatının məktəb islahatçılarının uzun illər edə bilmədiyini "Katrina” qasırğası bir günə etdi. Yəni, yaşasın fəlakət! Halbuki, əslində baş verənlər ictimai mülkiyyətə qarşı yaxşı təşkil olunmuş reyder reysindən başqa bir şey deyildi.

Sonunda pulsuz təhsil ləğv olundu, məktəblər dövlətin əlindən alındı və bu hadisə kapitalizmin fəlakətlər sistemi olduğuna daha bir təsdiq oldu. Müharibələr və fəlakətlər bu sistemin ərzağı və qan damarıdır.

O hadisələrdən 20 il keçdi və bu gün Fridman sağ olsaydı, bəlkə də deyərdi: "Katrina”nın nail ola bilmədiyinə ABŞ prezidenti Donald Tramp bir imza ilə nail oldu. Söhbət ABŞ prezidentinin Təhsil nazirliyini ləğv etməyindən gedir. Forma fərqlidir, məzmun isə eyni. Tramp bir fərmanla təhsilin dövlətin nəzarətindən çıxarılmasına nail olmaqda bu sahəni vur-tut biznes layihəsi, məktəbləri isə supermarket kimi gördüyünü təsdiqlədi. Əslində, dağıdılmış Qəzzaya gələcək kurort kimi baxanda, bunu görmək olardı.

Nə vaxtsa Con Kennedi "Biz Kosmosu Sovetlərə məktəb partası arxasında uduzduq” demişdi. İndi o fikri kim xatırlayır ki?! Necə ki, böyük pedaqoqlar Yan Amos Komenskinin, Anton Makarenkonun, Vasili Suxomlinskinin adları xatırlanmır. Təhsil müəssisələri isə supermarket kimi iaşə obyektinə çevrilib. Sadəcə, supermarketdən fərqli olaraq, məktəb və universitetlərin təklif etdiyi xidmətin əhəmiyyəti olduqca şübhəli və qeyri-müəyyəndir.

Tramp fərmanını martın 20-də Ağ Evin Şərq otağında parta arxasında əyləşmiş məktəblilərin iştirakı ilə imzaladı - bu da simvolikdir. Təhsilin tabutuna mismar məktəblilərin şən zarafatları fonunda çalındı. Düzdür, Nazirliyin tamamilə ləğv olunması üçün ABŞ Konqresi senatının 100 üzvündən 60-nın lehinə səs verməsi lazımdır, ancaq hər şey plana uyğun gedir. Bu yeni trendin tezliklə dünyanın dörd tərəfinə yayılacağı da istisna deyil.

ABŞ Təhsil nazirliyi 100 minə yaxın dövlət və 34 min xüsusi məktəbə nəzarət edirdi. Tələbə istiqrazları da nazirliyin səlahiyyətinə daxil idi - həmin istiqrazlardan universitetdə təhsil xərclərini ödəmək üçün 10 milyonlarla amerikalı yararlanırdı.

Məlumdur ki, təhsil sistemi və məktəblər vakuumda mövcud deyil. Məktəb ictimai institutdur və təbii ki, hakim sinif onun imkanlarından özü üçün sərfəli vətəndaşları yetişdirmək üçün istifadə edir. 

Sosioloqlar Semyuel Boulz və Herbert Gintis özlərinin "Kapitalist Amerikasında məktəb təhsili” kitabında yazırdı:  "Kapitalist sistemində təhsilin əsas funksiyası kapitalist iqtisadiyyatı üçün hazırlıqlı kadrların yetişdirilməsidir”.  İlk baxışda elə görünə bilər ki, bu fikirdə qorxulu heç nə yoxdur. Ancaq qorxulu odur ki, insan bazar üçün "yonulur”, təhsil şəxsiyyətin formalaşmasına və özünütəsdiqinə xidmət etmir. 

Baxmayaraq ki, təhsilin istehlak sahəsinə çevrildilməsini gözəl sözlərlə pərdələyirlər. Məsələn, təkrarlayırlar ki, insan şəxsi keyfiyyətlərini peşə uğurunun qazanılmasına uyğunlaşdırmalıdır, halbuki tərsinə olmalıdır -  iqtisadi və sosial nailiyyətlər insanın inkişafına yardım etməlidir.

Təhsilin dövlət nəzarətindən tamamilə çıxarılması və pulsuz məktəblərin ləğvi biliyin əlçatanlığını və təhsilin tərbiyəvi funksiyasını yox edir, məktəbləri isə biznes layihəsinə çevirir. Üstəlik, sinfi ziddiyyətlər də açıq fazaya keçir. Yaşlılar iş yerləri uğrunda necə rəqabətə girirsə, uşaqların da xüsusi məktəblərdə oxumaq uğrunda rəqabətinin şahidi oluruq. Yoxsulsansa, kənarda qalacaqsan. Bu nöqtədən obskurantizmin tam və qəti qələbəsinə aparıb çıxaran yol isə çox qısadır.

Boulz və Gintis haqlıdır: "Təhsil sahəsindəki sosial münasibətlərin strukturu əmək sahəsindəki münasibətlərin strukturuna uyğun gəlir”.

*** 

Sinifli cəmiyyətlərdə təhsilin sinfi mahiyyət daşıdığına daha bir misal çəkək. O, məşhur Sovet fiziki Vladimir Arnolda məxsusdur. Arnold "Yeni obskurantizm” məqaləsində yazırdı:

"Amerikalı həmkarlarım mənə izah etdilər ki, onların ölkəsində məktəb təhsilinin və ümumi mədəniyyətin aşağı səviyyəsi iqtisadi məqsədlərə çatmaq üçün şüurlu şəkildə əldə edilib. Məsələ ondadır ki, təhsilli insan pis istehlakçıdır: o, az əşya alır, Motsartı, Van Qoqu, Şekspiri və ya teoremləri əşyalardan üstün tutur. Bu isə istehlak cəmiyyətinin iqtisadiyyatına zərər vurur, varlıların gəlirini azaldır. Deməli, təhsilin və mədəniyyətin səviyyəsinin yüksəlməsinin qarşısı alınmalıdır. Üstəlik intellektdən məhrum edilmiş əhalini manipulyasiyasiya alətinə çevirmək asandır...”

Məmməd Süleymanov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyul 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri